Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Xızıda oğurluq edib hadisə yerindən qaçmaq istəyənləri polis əməkdaşları saxladı

 

DİN-in Mətbuat Xidmətindən Yenixeber.org-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Q.Cəbiyevə məxsus bir baş qoyunun naməlum şəxslər tərəfindən oğurlandığı və həmin şəxslərin "Ford tranzit" markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etdikləri barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əməliyyat tədbirləri həyata keçirilib və onların saxlanılması istiqamətində tədbirlər görülüb. RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə saxla işarəsi verilsə də, onlar əmrə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Giləzi qəsəbəsi ərazisində onların saxlanılması üçün dəmir yolu üzərində yerləşən şlaqbaumdan istifadə olunan zaman isə həmin şəxslər şlaqbaumu qıraraq Bakı şəhəri istiqamətində hərəkətlərinə davam ediblər.

Keçirilən tədbirlərlə nəqliyyat vasitəsi Sumqayıt şəhəri yaxınlığında saxlanılıb. Avtomobildə olan Bakı şəhər sakini Samir Şıxıyev və Ağdam rayon sakini Fəxriyyə Babayeva polis şöbəsinin istintaq qrupuna təqdim olunublar.

Faktla əlaqədar Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisənin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam