Ukraynanın da itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 1298-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 83 708 PUA-sı, 628 zenit-raket kompleksi, 25 079 tank və digər zirehli texnikası, 1 591 reaktiv yaylım atəş sistemi, 29 527 artilleriya və minaatanı, 41 677 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.