Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qəza törədərək hadisə yerindən yayınan sürücülər saxlanılıb

 

 İyunun 1-də Xırdalan şəhər sakini E.Teymurovun avtomobillə vurulması nəticəsində xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla yeniyetmənin saat 13 radələrində şəhər ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.
 Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək buraxılıb

Yenixeber.org: DİN-in mətbuat xidmətindən  bildirilib ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Cəbrayıl rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 30-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədilə Qasımovanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Xaliq Qasımov da saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam