Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xızıda -qumbara əməliyyatı

 

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, iyun ayının 21-də gecə saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal şöbə əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və həmin ərazidən əlavə olaraq daha bir partlamamış əl qumbarası aşkarlayıblar.

RPŞ-nin əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Sərvan Nəbiyev qısa zaman ərzində qəsəbə ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o tutduğu əməli etiraf edərək əl qumbaralarını tanışı Yalçın Novruzovdan əldə etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Y.Novruzov da qəsəbə ərazisində saxlanılıb və ANAMA-nın mütəxəssisləri ilə birlikdə ona məxsus yaşayış evinə keçirilmiş baxış zamanı həyətyanı sahədən iki ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam