Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Aybəniz Əliyeva özünü “doktor” kimi təqdim edərək inyeksiya edir? Hicama kursuna görə sertifikat verir? -FOTOFAKT

media-88

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, “saxta doktorlar”  estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

Yenixeber.org: Məlumata görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb.  Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir. 

media-1

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub:

“Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

 Heç bir ali tibbi təhsili  və həkim sertifakatı olmadan  sadece sahibkarlıq lisenziyası ilə kosmetoloji və hicama  fəaliyyəti göstərən sosial şəbəkədə  özünü doktor elan edən DR.AYBENİZ_ALİYEVA  adı ilə reklam edən Aybəniz Əliyevadır.   

media-2

 Araşdırmalarımız nəticəsində “Doktor” Aybeniz Əliyevanın   Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibbi təhsili olması ilə bağlı  və həmçinin  tibbi fəaliyyəti haqqında sertifikasiyası məlumatı mövcud deyil.

Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir  ali tibbi təhsilə və həkim sertifikatına  malik  olmadan fəaliyyət göstərir.   Belə ki, fəaliyyət göstərdiyi  Estetik Mərkəzində  rəflərdə  müxtəlif özəl qurumların sertifikatların olması və mərkəzə   gələn pasiyentləri  bu usulla aldatması  kosmetoloji,  tibbi, hicama prosedurlarını  həyata keçirrir.

media-3

Aybəniz Əliyeva  müştərilərinə dolğu və botox, biorevitalizasiya, mezoterapiya, Plazma(PRP), hətta hicama
terapiya həyata keçirir. Bununla bağlı hətta sosial  hesablarında məlumatlar və görüntülər əks olunub. “Doktor”  Aybəniz Əliyeva   necə həkim sertifakatı olmadan bütün kosmetoloji və hicama prosedurları hətta inyeksiya həyata keçirir?

media-4

 

 Bütün qeyd etdiklərimizdən savayı sosial hesablarında adının qarşısına “Dr.” yazaraq özünü doktor kimi təqdim edən  Aybəniz Əliyeva hətta kursları bitirənlərə sertifikatlar təqdim edir:  Hicama kursuna sertifikat təqdim etməsi belə qanunsuz hesab olunur. Bütün bu görüntülər öz sosial hesabında yayımlayır. 

media-9

Necə, hansı tədris və profilaktik  proses həyata keçirilir bu isə hüquq-mühafizə orqanlarının araşdırması gərəkdir.

media-7

Məsələ ilə bağlı  özünü “Doktor” elan edən Aybəniz Əliyevadan heç bir açılqlama almaq mümkün olmadı. 

media-5

 

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.

Redaksiyamıza  Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və  digər рrоsеdurlar  aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir.  Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

media-88

 Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq   “Dr” Aybəniz Əliyeva ilə  haqqında  Analitik Ekspertiza Mərkəzinə  müraciət olunub.

Qeyd edək ki, Aybəniz Əliyevanında fikirlərini dərc etməyə hazırıq.(xalq.online)

 Araşdırmalarımız davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam