Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xızıda gəmidən oğurluq edən dəstə üzvləri saxlanılıb

 Xızı rayonunda gəmidən oğurluq edən şəxslər saxlanılıb. 

 

Yenixeber.org: Bu barədə Qərb bürosuna DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Belə ki, bu ilin aprel ayında Xızı rayon Polis şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus "Rusbot-85K" tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub. Məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırmalarla adı çəkilən MMC-yə məxsus gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80 000 manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, 1 ədəd akkumlyator və 1 ədəd uzaqdan idarəetmə cihazı oğurlanması müəyyən edilib.

Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov olmaları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək aprelin 27-də axşam saatlarında gəzinti təyinatlı gəmidən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, 1 ədəd akkumlyator və 1 ədəd uzaqdan idarəetmə cihazı oğurlayaraq Vidadi Abasova məxsuz “VAZ-2106” markalı avtonəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşdırlarını bildiriblər.

Dəstə tərəfindən oğurlanan 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Xızı Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam