Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

"Qocalar evi", yoxsa xəstəlik mənbəyi? - Kənd Əhmədlidə qəribə müəssisə

"Qocalar evi", yoxsa xəstəlik mənbəyi? -
Redaksiyamızın qaynar xəttinə müraciət edən Xətai rayonu, "Kənd Əhmədli" adlanan ərazidə yaşayan sakinlər orada "Qocalar evi" kimi fəaliyyət göstərən müəssisədən şikayətçidirlər. Onlar həmin müəssisədə ruhi xəstələrin olduğunu iddia edirlər.
Yenixeber.org: "İçəridə antisanitar vəziyyət hökm sürür. Onları qanunsuz fəaliyyət göstərdiklərinə görə daha əvvəl işlədikləri yerdən də qovublar. Təcili tibbi yardım maşınlarını bir küçə aşağıda saxlayıb xəstələri əlil arabası ilə içəri aparırlar", - narazı sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, adı bilinməyən bu müəssisə hansısa şəxsi evdə yerləşir. Mərkəz yalnız qeyri-yaşayış təsərrüfat obyektlərində xidməti yoxlamalar keçirmək səlahiyyətindədir:

"Şəxsi evdə plandankənar yoxlama keçirilə bilməz. Fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət edilir, onlar tərəfindən müəssisə yoxlanılır və tibbi fəaliyyət aşkar edildikdə, rəsmiləşdirilərək aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilir.
Bu zaman Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə əsasən, həmin müəssisənin sahibinin, orada çalışan əməkdaşların sənədlərini yoxlaya, tibbi xidmət göstərməyə səlahiyyətlərinin olub-olmadığını aşkar edə bilər. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun addımlar atıla bilər".
Problemlə bağlı Daxili İşlər Nazirliyindən isə qeyd edilib ki, Baku TV olaraq məsələni işıqlandırdıqdan sonra polis əməkdaşları vətəndaşları narahat edən məsələni aradan qaldırıblar. Məsul şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.(Baku TV)
Ətraflı süjetdə:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam