Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Azərbaycanda kişi tonlarla narkotiklə tutuldu -FOTO/VİDEO

 

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib. 

Yenixeber.org: Belə ki, Baş İdarəyə Xaçmaz rayonu Nabran qəsəbəsində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal məlumat nəzarətə götürülüb. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri zəruri və təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Nabran qəsəbəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Cavat Cavatov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı Cavat Cavatov tərəfindən kultivasiya edilən yaş kütləsi 7 765 kiloqram olan ümumilikdə 5 175 ədəd çətənə kolu və 48 kiloqram 220 qram narkotik vasitə olan marixuana aşkar edilib. 

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib. 

Aşkar olunan faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam