Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hövsanda narkotik əkən şəxs saxlanılıb

    

Hövsanda narkotik əkən şəxs saxlanılıb
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Hüseynov saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən 16 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən qurudulmuş formada 1 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan material araşdırlması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, bu 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə ayda Hövsan qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı həyəta keçirilən 4-cü belə əməliyyat tədbiridir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam