Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Son iki gündə külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həb dövriyyədən çıxarılıb

 

Mayın 12-13-də ölkə ərazisində 7 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb


Yenixeber.org: Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Ələmdar Rəhimovdan 1 kiloqram 310 qram tiryək götürülüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, habelə yaşadığı evdən çəkisi 3 kiloqram 256 qram tiryək aşkar edilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Mürvət Rzayevdən 4 qram heroin, yaşadığı evdən isə 2 kiloqram 250 qram marixauna götürülüb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Orucovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən 115 ədəd “Tramadol” və 7 ədəd “Lirika” həbləri aşkar edilərək götürülüb.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Mərdəkan qəsəbə sakini Qənbər Əliyevdən marixuana və metamfetamin, həyətyanı sahəsindən isə kultivasiya yolu yetişdirilmiş 170 ədəd çətənə kolu, 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Mirzəyevə məxsus həyətyanı sahədən kultivsiya yolu yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam