Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sabunçuda -narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

 

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yenixeber.org:  DİN-in Mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini əvvəllər məhkum olunmuş Ceyhun Mütəllimzadə saxlanılıb.

Ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi 400 kvadratmetr olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 630 kiloqram olan 550 ədəd çətənə kolu aşkar edilib. C.Mütəllimzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Əlavə axtarış zamanı C.Mütəllimzadəyə məxsus istixanadan 2 kiloqram 400 qram qurudulmuş marixuana, elektron tərəzi və bir ədəd “BSM-121 Stranser” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam