Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

XÜSUSİ XİDMƏT RƏHBƏRLƏRİMİZDƏN NÜMUNƏVİ ADDIM:qəfildən müxalifət liderinin oğlunun yas mərasiminə qatıldılar...

Azərbaycanda iqtidar-müxalifət münasibətləri uzun müddət düşmənçilik həddində olduğundan, iqtidar təmsilçilərinin müxalifət, müxaifət təmsilçilərinin də iqtidar adamlarının xeyir-şər məclislərində görünməsi çox zaman sensassiya kimi qarşılanır.

Yenixeber.org: Baxmayaraq ki, Azərbaycan xalqının uzun əsrlər boyu qoruyub saxladığı adət-ənənələrdən biri hətta qan düşmənlərinin belə, hüzr mərasimlərində kin-küdurəti, düşmənçiliyi arxa plana keçirib, yas sahibini ziyarət etməsi olub, ancaq son illərin siyasi bölünməsi və gərginliyi, az qala, bu adətimizin də tam sıradan çıxarılmasına gətirib çıxarmışdı.

Ancaq belə görünür ki, bir müddət əvvəl Birinci-vitse prezident Mehriban Əliyevanın eks-prezidentlər Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin vəfat etmiş xanımlarının yas mərasimlərinin təşkilini üzərinə götürməsi unudulmaqda olan bu milli adət-ənənəmizin yenidən bərpasına rəvac verib.

Belə ki, bu gün – sentyabrın 19-da Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində keçirilən il mərasiminə qəfildən Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin sədri general-polkovnik Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin sədri Orxan Sultanovun təşrif buyurması təkcə İlyas İsmayılov yox, elə mərasimdə iştirak edən əksər  insanlar üçün də gözlənilməz olub.

Həm Əli Nağıyev, həm də Orxan Sultanov və onları müşayiət edən şəxslər İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını çatdırıblar.

Xüsusi xidmət orqanları rəhbərlərinin bu davranışı onlar getdikdən sonra əsasən müxalif fikirli insanların toplaşdığı mərasimdə geniş müzakirə olunub və hər iki məmurun addımı rəğbət və təqdirlə qarşılanıb.

Ümid edirik ki, yüksək rütbəli məmurlarımızın cəmiyyətin və millətin bütövləşməsinə və milli adət-ənənlərimizin qorunub saxlanmasına xidmət edən bu sayaq davranışları davamlı xarakter daşıyacaq.

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam