Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Çalışırlar ki, partiyadaxili böhran dərinləşməsin”

 

“Əli Kərimli və Cəmil Həsənlinin iqtidar-müxalifət dialoqunda iştirakının tərəfdarı deyiləm. Onlar yalnız kimisə yaxşı təhqir edə bilərlər. Bu isə siyasi dialoq üçün məqbul yol deyil, dialoq əməkdaşlıq tələb edir”

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənlinin iqtidar müxalifət dialoquna qatılmamasına münasibət bildirərək, əslində bunun absurd olduğunu vurğulayıb: “Onların münasibəti göstərir ki, bu adamların dialoqda iştirakı absurddur. Biz bu adamların siyasi potensialına və ölkədəki problemlərin həlli üçün mütərəqqi təklif vermək imkanının olmadığına bələdik”.

S. Cəlaloğlu Müsavat Partiyasının iqtidar-müxalifət dialoqunda iştirak etməməsi ilə bağlı göstərdiyi səbəbi əslində siyasi konyuktura adlandırıb: “Mənə elə gəlir ki,Müsavat Partiyasının iqtidar-müxalifət görüşündə iştirak etməməsinin səbəbi başqadır. Məncə, bu, partiyanın daxilində gedən proseslərlə bağlıdır. ÇünkiMüsavat Partiyası hazırda böhran yaşayır. Böhranlı vəziyyətdə də partiyanın ciddi addımlar atması, qərarlar qəbul etməsi müəyyən mənada fəsadlar yarada bilər deyə, onlar ehtiyatlı mövqe tutur və çalışırlar ki, partiyadaxili böhran dərinləşməsin”.

Xatırladaq ki, AXCP və Müsavat Partiyası iki dəfə baş tutan iqtidar-müxalifət dialoquna qatılmaqdan imtina edib. Müsavat Partiyası bunun səbəbini müzakirə olunacaq mövzuların müəyyənləşməməsi ilə əlaqələndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam