Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Pensiyaçılara qarşı ayrı-seçkilik –2022-ci ildə pensiya çıxanların təqaüdü daha az artacaq?

Yenixeber.org: Artıq bəzi dövlət məmurları artımın 15 faiz olacağı barədə məlumatlar səsləndiriblər. Nəticədə əmək pensiyalarının həcmi 2023-cü ildən etibarən aldıqları təqaüdün 15 faizi həcmində habelə, daha 16.7 manat artacaq. Bu məbləğ isə ötən il təqaüdçülərə hər rübdə verilən (ildə toplam 200 manat) 50 manatın aylara bölünərək təqaüdlərə əlavə olunmasından yaranır. Əgər bir vətəndaş ötən il 300 manat pensiya alıbsa, yeni ildən o 300+45+16.7 manat= 361.7 manat alacaq.

Amma bu artım heç də bütün pensiyaçılara şamil edilməyəcək. Belə ki, təqaüdə əlavə olaraq ötən il ərzində verilmiş 200 manat (bu il aylara bölünərək əlavə olunacaq 16.7 manat) 2021-ci ilə qədər pensiya hüququ qazanmış vətəndaşları əhatə edir. Əgər vətəndaş 2022-ci il daxil olmaqla daha sonra pensiyaya çıxıbsa, onun təqaüdü ancaq indkesasiya hesabına artacaq. Yəni pensiyasının 15 faizi məbləğində artıq vəsait alacaq. Məsələn, vətəndaş 300 manat alırdısa, 2023-cü ilin yanvarın 1-dən 345 manat təqaüdlə kifayətlənməli olacaq.

Bu isə pensiyaçılar arasında ayrı-seçiklik kimi qiymətləndirilə bilər. Hökumət ötən ilki sürətli bahalaşmanı, inflyasiyanı nəzərə alaraq, onlara illik 200 manat əlavə müavinət vermişdi. Şübhəsiz ki, sözügedən problemlər bütün vətəndaşları əhatə edir və hökumət onların hər birinin gəlirlərinin artmasında maraqlı olmalıdır.

O zaman hansı məntiqlə, 2022-ci ildə və daha sonra pensiya çıxanların təqaüdü 16.7 manat az olmalıdır? Hökumət qurumları bu paradoksa, ayrı-seçkiliyə aydınlıq gətirsələr, yaxşı olar... “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam