Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Məmura 20 faiz, milyondan çox pensiyaçıya 3 faiz…-Ekspertlərin rəyi birdir: “Bu, artım deyil”

 Əmək qabiliyyəti olmayan vətəndaşlar bahalığın, inflyasıyanın yaratdığı məhrumiyyətlərlə üz-üzə qalıb 

Yenixeber.org: Hökumətin vədinə baxmayaraq, əhalinin bütün təbəqələri 2021-ci ildə baş verən və hazırda davam edən bahalaşma və inflyasiyanın zərbələrindən qorunmur. İlin əvvəlində prezidentin imzaladığı sərəncamlarla dövlət sektorunda çalışan muzdlu işçilərin, müəllimlərin maaşları 20 faiz artırıldı. Habelə, pensiyaların minimum məbləği 200 manatdan 240 manata qaldırıldı, yaşa görə sosial müavinət alanların büdcəsi də 50 manat artdı, yanvardan etibarən onlar 180 manat alacaqlar. 

Amma ölkədə dövlətdən vəsait alan ən böyü təbəqə – təqaüdçülərin əksəriyyətinin təqaüdü artırılmadı. Onlar gələn ayın əvvəlində pensiyalarının indeksasiya olunacağını gözləyirlər. Artımlar isə il ərzində qeydə alınan rəsmi inflyasiyanın həcmi qədər yox, il ərzində muzdlu işçilərin orta aylıq maaş artımının miqdarı qədər ola bilər. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci il ərzində inflyasiya 11.1 faiz olub. Həmin il maaş artımları isə 2.9 faiz təşkil edib.     

40 il əmək stajı olan təqaüdçü Eldar Səfərov əməkdaşımıza deyir ki, pensiyaların artmayacağına inanmır: “Axı, ötən ilin oktyabrında prezident qərar vermişdi ki, yanvardan hamının maaşı, pensiyası artacaq? Artıq dövlət qulluqçularının, müəllimlərin maaşı 20 faiz artıb. Mənim həyat yoldaşım da yaşa görə pensiya alır, bu aydan 180 manat alacaq. Necə ola bilər, təqaüdçülərə qarşı ayrı-seçkilik olsun, hamımız bir ölkənin vətəndaşı deyilik?”

Sona İsrafilova isə deyir ki, pensiyaların artmaması onlar üçün çox pis xəbərdi: “Keçən il ölkədə hər şey ikiqat bahalaşıb, pensiya təkcə qazın, suyun, işığın haqqını ödəmir. Limiti azaldıblar, qiymətini də qaldırıblar. Ərzağa isə yaxın düşüləsi deyil, camaat aylarla evinə ət, meyvə ala bilmir. Yuxarıda oturanlar fikirləşsinlər ki, pensiya yaşında olan adam işləyib əlavə gəlir qazana bilmir, dövlət nə verir, ona möhtacdır. Üstəlik, hamımız xəstəyik, dava-dərman bir ətək pul tutur. Bir bunları götür-qoy edib düşünsünlər ki, yaşlı insanlara zülm etmək olmaz”. 

ADR Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, dövlət başçısının pensiya artımları ilə bağlı sərəncamları cəmi 44 min nəfərə şamil olunub: “Həmin vətəndaşların təqaüdü 240 manata çatdırılıb. Qalan təqaüdçülərin gəliri isə indeksasiya olunmalıdır. Bu da təxminən 1.1 milyon nəfər pensiyaçı deməkdir ki, hökumət onların pensiyasını artırmayıb.    

“Bundan sonra pensiyalar artmayacaq, amma indeksləşdiriləcək. İndeksləşdirmə artım deyil, dəyərsizləşən pul vəsaitinin kompensasiyasıdır. Azərbaycan qanunvericiliyi ilə hər növbəti ilin fevral ayında əmək pensiyaları ötən ilin orta aylıq nominal əmək haqqının ondan əvvəlki illə müqayisədə artımına uyğun olaraq, indeksləşdirilir”.

İndeksləşdirmə faizinin nə qədər olacağına gəlincə, iqtisadçı qeyd edib ki, bu barədə rəsmi məlumat olmasa da bəzi təxminlər etmək mümkündür: 

“DSK-nın açıqlamasından məlum olan budur ki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq, 724,1 manat olub. Göründüyü kimi, 11 aylıq göstərici 2,9 faizdir, 12-ci ayın göstəricisi də əlavə olunanda və ya çıxılanda 2021-ci il üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətdə artım faizi bəlli olacaq və onun əsasında əmək pensiyalarının təxminən 90 faizi indeksləşdiriləcək. Beləliklə, indeksləşdirmə 3 faiz ətrafında təxmin edilə bilər. Bu halda, əvvəllər 240 manatdan çox pensiya alanların pensiyası da 3 faiz ətrafında indeksləşdiriləcək. Belə olarsa, onda 250 manat pensiya alanlar 257,5 manat, 300 manat pensiya alanlar 309 manat, 350 manat pensiya alanlar 360,5 manat, 400 manat pensiya alanlar 412 manat alacaq. Amma bir az də səbir edib, yekun məlumatı gözləmək lazımdır”. 

Q.İbadoğlunun sözlərinə görə, kimlərinsə pensiyası minimum pensiya məbləğinin 240 manata çatdırılması ilə əlaqədar olaraq ötən illə müqayisədə təxminən 7 manatdan çox artıbsa, onda onlara indeksləşdirmə şamil olunmayacaq.

İqtisadçı bir məqamı da qeyd edir ki, 2021-ci ildə ölkədə rəsmi inflyasiya səviyyəsi 11.1 faiz olub: “Amma bu da doğru rəqəm deyil, ərzaq inflyasiyası 20 faizdən az olmayıb, bu da təqaüdçülərin gəlirlərinin nə qədər dəyərsizləşdiyini göstərir”

REAL Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli xatırladır ki, əvvəllər Azərbaycanda təqaüdlərin indeksləşdirilməsi məsələsi inflyasiya rəqəmlərinə bağlı idi: “2016-cı ildə devalvasiya ilə əlaqəli kəskin inflyasiya baş verdi. O zaman hökumət qərar dəyişikliyinə gedib indeksasiyasını inflyasiya rəqəmlərinə deyil, ilik nominal əmək haqqı artımının faizinə bağladı. Ötən il əməkhaqqı artımı isə 2.8-2.9 faiz civarında olub”. 

İqtisadçı vurğulayır ki, hökumətin bu siyasəti tamamilə yanlışdır. Bununla sanki təqaüdçülərə verilən puldan qənaət etməyi hədəfləyiblər, bu isə doğru deyil. “Hazırda inflyasiyanın olduqca yüksək olduğunu nəzərə alaraq, onun real həcmi qədər indeksləşdirməyə gedilməlidir. Ərzaq inflyasiyasının rəsmən 14.8 faiz olduğunu nəzərə alsaq, təqaüdlərin cəmi 3 faiz indeksləşdirilməsi çox yanlışdır”, – N. Cəfərli vurğulayıb. 

İqtisadçı qeyd edir ki, hökumətin verəcəyi kompensasiya insanların itirdiklərinin kiçik bir faizidir: “Rəsmi rəqəmləri kənara qoyub real mənzərəni görsək, Azərbaycanda inflyasiya rəqəmləri 30-35 faizə yaxınlaşır. Ərzaqda hökumətin etiraf etdiyi 15 faizlik bahalaşmanı götürsək, ən azı pensiyaçıların dövlətdən aldıqları bu həcmdə dəyərdən düşüb. Heç olmasa, pensiyaların bu həcmdə kompensasiya edilməsi yaxşı olardı. Təəssüf ki, hökumət qənaət rejimini təqaüdçülərin üzərində sınayır”.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam