Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Azərişıq”dan yeniliklər və görülən işlər-AÇIQLAMALAR/FOTOLAR

Bu gün Tovuz Regional ASAN Xidmət mərkəzində “Azərişıq” ASC-nin il ərzində tətbiq etdiyi yeniliklər və həmçinin işğaldan azad edilmiş ərazilərdə ən son görülən işlərlə bağlı “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsa-zadənin iştirakı ilə media nümayəndələri üçün brifinq təşkil edilib.

Yenixeber.org: “Azərişıq” ASC-nin mətbuat xidmətinin təqdim etdiyi məlumatda vurğulanır ki, Azərbaycan Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında"  2017-ci il 4 aprel tarixində 1313 nömrəli fərman imzalanıb. Həmin fərmanın icrası ilə əlaqədar olaraq sahibkarların müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədi ilə “Azərişıq” ASC tərəfindən Elektron Müraciətlərin İdarə                Olunması Sistemi (EMİOS) yaradılıb. Belə ki, pandemiya dövründə  hərəkət məhdudiyyətini də nəzərə alaraq, sahibkarların online qaydada  Elektron Müraciətlərin  İdarəetmə Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması onların enerji təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırıb. Bu islahatlar  biznesin inkişafının və əhalinin rifahının yüksəldilməsi məqsədi daşıyır. 

 

 

 

“EMİOS vasitəsi ilə sahibkar reyestr və qeydiyyat nömrəsini təqdim etməklə   150 kV-a (kilovat) qədər mövcud və ya inşa ediləcək tikinti obyektini    E-GOV  (elektron hökümət portalı),  e-service.azerishiq.az saytından, “ASAN Xidmət” və  ya “ASAN Kommunal" mərkəzlərində quraşdırılmış ÖZÜNƏXİDMƏT PƏNCƏRƏLƏRİNDƏN istifadə edərək enerji təchizatı şəbəkəsinə qoşulma üçün onlayn qaydada müraciət edə bilər. Bununla da sahibkar müraciət zamanı tələb olunan gücü müəyyənləşdirdikdən sonra  onlayn şəkildə  qoşulma haqqını ödəyə bilir. Bu istiqamətdə aparılmış təbliğat və təşviqat işləri nəticəsində onlayn müraciətlərin sayında keçən ilə nisbətən cari dövrdə xeyli artım müşahidə olunur”,-məlumatda deyilir.

Məlumatda o da xatırladılır ki, 2021-ci il dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  "ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirib.  Görüş zamanı  2021-ci ildə "Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. “Bu da onu göstərir ki, “Azərişıq” ASC-nin tətbiq etdiyi islahatlar öz töhvəsini verərək pandemiya dövründə vətəndaşların enerji təchizatı şəbəkəsinə səmərəli şəkildə qoşulması üçün zəmin yaradıb”,-məlumatda deyilir. 

O da bildirilir ki, “Azərişıq” ASC oktyabr ayından etibarən Dubay EXPO 2020-də Azərbaycan pavilyonunda hər ay xarici tərəfdaşlarına  və pavilyona qatılmış qonaqlara öz yeniliklərini təqdim edir. Yeni tətbiq olunacaq rəqəmsal idarəetmə mərkəzində yarımstansiyaların 35/0.4 kV-luq elektrik sisteminə keçirilməsi, Yeni Yaşma, Külək parkı, 3D mobil xəritə sistemi, 199 çağrı mərkəzi və s. haqqında geniş məlumat verilir. 

“Bu fəaliyyətin nəticəsi olaraq “Azərişıq” ASC Slovakiya, Ruminiya,Türkiyə kimi bir sıra ölkələrlə əməkdaşlıq qurur və gələcəkdə əməkdaşlığın möhkəmləndirilməsinə dair sazişlər imzalanması nəzərdə tutulur. Məsələn, dekabr ayında  “Azərişıq” ASC-nin nümayəndə heyətinin Tatarıstanın “Setevaya Kompaniya” ASC-yə işgüzar səfəri olub və qarşılıqlı saziş imzalanıb”,-məlumatda deyilir.

 

“Azərişıq” ASC-nin mətbuat xidməti onu da xatırladır ki, 2021-ci ildə Qarabağ iqtisadi regionundan enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar 36 onlayn müraciət daxil olub. Şuşa şəhərinin baş planına uyğun olaraq 9  ədəd 35 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulub. Nəzərdə tutulan yarımstansiyaların  6-sı tikilməkdədir və 3 yarımstansiyanın tikinti quraşdırma işləri bitmək ərəfəsindədir. Şuşa şəhərində gələcəkdə istifadəyə veriləcək yarımstansiyalardan çıxan elektrik naqilləri yeraltı çəkiləcəkdir. İlk dəfə olaraq yarımstansiyadan abonentin sayğacına qədər və hətta sayğacda olan məlumatları belə rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə onlayn oxunmaq və idarə etmək mümkün olacaq.

“Kəlbəcər şəhərində də mütəmadi olaraq işlər davam etdirilir və əksər hərbi hissələr elektrik enerjisi ilə təmin olunub. Eyni zamanda Güləbirddən Laçın dəhlizinə qədər və həmçinin Laçın dəhlizindən keçməklə Minkənd istiqamətində 35 kV-luq yeni xətlərin çəkilişinin 70%-dən çoxu icra olunub və hazırda da işlər davam etdirilir”,-məlumatda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam