Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Azərişıq” ASC abonentlərdən “1 manat xidmət haqqı tutulması” iddialarına cavab verdi-AÇIQLAMA

Yenixeber.org: Qeyri-əhali abonentlərinin elektrik enerjisinə görə ödəmə həyata keçirərkən ödəmə terminallarının onlardan 1 manat məbləğində xidmət haqqı tutması barədə sosial şəbəkələrdə, bəzi KİV-lərdə yaydıqları xəbərlərə “Azərişıq” ASC münasibət bildirib. Və bəyan edib ki, bu xidmət haqqının tutulmasının “Azərişıq”-a heç bir aidiyyatı yoxdur.

 ““Azərişıq” ASC istehlakçılara bildirir ki, istifadə edilən elektrik enerjisinin dəyəri Azərbaycan Respublikası Tarif (qiymət şurasının) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu açıq-aydın göstərilməkdədir. Təəsüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” ASC adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb.  “Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur”,-“Azərişıq” ASC bildirir.

 

Açıqlamada əlavə olunur ki, əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərdən  ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.

 “Bir daha bildiririk ki, Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nəğd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur. Əksər Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqqlarına görə ödənişləri banklar vasitəsi ilə köçürmə yolu ilə aparılır, nəğd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir”,-“Azərişıq” ASC-nin mətbuat xidməti bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam