Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Azərişıq" və "Deloitte Azerbaijan" -sahibkarlar üçün vebinar təşkil edib

Azərişıq və Deloitte Azerbaijan sahibkarlar üçün vebinar təşkil edib

“Azərişıq” ASC və "Deloitte Azərbaycan" şirkətinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün vebinar təşkil edilib.

Yenixeber.org: Vebinar “Kiçik və orta bizneslərin inkişafında elektron xidmətlərin rolu" mövzusunda olub.

"Deloitte Azərbaycan" şirkətinin Risk məsləhətləri üzrə direktoru Tural Hacıyev və “Azərişığ”ın “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin əməkdaşları elektron xidmətlərin kiçik və orta biznesin inkişafında olan rolu və dünya təcrübəsi haqqında danışıblar.

Müzakirələr zamanı bildirilib ki, "Doing Business" göstəricilərinə görə xarici investisiyalar ölkələr arasında yeni texnoloqiyaların ötürülməsinə imkan yaradır və KOB-ların inkişafında mühüm rol oynayır.

Vebinar zamanı “Doing Business” Hesabatının “Elektrikə qoşulma” indikatoru üzrə enerji təchizatı şəbəkəsinə qoşulma prosedurunun Azərbaycanda iki mərhələdən ibarət olması barədə geniş məlumat verilib və həmçinin sahibkarlıq obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı yaradılan Elektron Müraciətlərin İdarə Olunması Sisteminin əyani təqdimatı həyata keçirilib. Elektron sistemin yeni imkanları ilə bağlı həyata keçirilən inteqrasiyalarla bağlı ətraflı məlumat verilib.

Sonda isə sahibkarlar tərəfindən maraq doğuran suallar müzakirə edilərək cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam