Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

TRAMPI AMERİKADAN AYIRAN DİVAR:prezidentin yalançı, kəmağıl, xudbin, səriştəsiz, korrupsiyaçı olduğunu görən varmı?

Elizabet Drü

“Project Syndicate”

 

Ekspert rəylərinə laqeyd və impulsiv olan ABŞ prezidentinin mövcudluğunun nə ilə tamamlanacağını hələ də anlamayanlar artıq onun yalançı, kəmağıl, xudbin, səriştəsiz, korrupsiyaya bulaşmış və pis müzakirəçi olduğunu çılpaqlığı ilə görə bilərlər. Ötən Çərşənbə axşamı və şənbə günləri arası baş vermiş üç böyük hadisə hətta Donald Trampın respublikaçı qoruyucularından bəzilərini belə həyəcanlandırıb. Halbuki bundan əvvəl onlar (əsasən zəngin adamlar və korporasiyalar üçün) vergilərini azaltması və Ali Məhkəməyə iki mühafizəkarı hakim təyin etməsinə görə Trampı göylərə qaldırırdılar. Lakin Oval Ofisdə belə bir insanın varlığından doğan təhlükəni artıq görməməzliyə vurmaq artıq çətinləşib.

Yenixeber.org: Sözügedən üç böyük hadisə həyəcanverici olub və hər iki partiyanı bələyib, çünki hər biri ABŞ-ın milli maraqlarına zərər verib və hər birindən yayınmaq olardı. Daha pis budur ki, bu hadisələr sürətli ardıcıllıqla baş verib, indi (əvvəlki həyəcanlardan fərqli olaraq) Trampın prezidentliyi həqiqətən nəzarətdən kənarlaşma hissi yaradır.

Dekabrın 19-da, səhər Tramp tvit atdı ki, İŞİD məğlub olub və ABŞ qoşunlarını Suriyadan geri çəkəcək. Qərar, onu ləğv etməyə çalışan azsaylı hökumət rəsmilərindən başqa, hər kəs üçün aydın bir gündə şimşək çaxması olub.

Konqresin aparıcı üzvləri məlumatlandırılmamış, onlarla məsləhətləşmələr aparılmamışdı. ABŞ-ın hərbi koalisiyasında olan müttəfiqlərlə də. Halbuki başlıca xarici siyasət qərarları bu cür qəbul edilmir: müttəfiqlərlə əvvəlcədən məsləhətləşilir; Konqresə məlumat verilir. Bu cür ehtiyat tədbirləri sadəcə yaxşı davranış deyil.

Qərar dərhal və geniş şəkildə pislənilib. Trampın Senatdakı müttəfiqi Lindsi Qraham deyib: “İŞİD ağır zərbə alıb, amma məğlub olmayıb. Suriyadakı qüvvələri geri çəkmək qərarı alınıbsa, İŞİD-in geri dönüş ehtimalı dramatik şəkildə yüksəlir”.

Suriyadan çıxma ABŞ-ın Türkiyədən qoruduğu kürdləri müdafiəsiz qoyur. Bu qərar Suriyanı Bəşər Əsədin, (Əsədin patronu) Rusiya və İranın mərhəmətlərinə buraxır.

Trampın qərarını alqışlayan yeganə xarici liderlər Türkiyənin avtoritar prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin idi. Daha sonra məlum olub ki, Ərdoğan Trampı ABŞ qoşunlarını Suriyadan çıxarmağa inandıra bilib.

Yenə də az sayda məsləhətçi ilə danışdıqdan sonra, ABŞ-ın “Taliban”la danışıqların ortasında olmasına baxmayaraq, Tramp qoşunların yarısını Əfqanıstandan geri çəkmək qərarına gəlib.

Suriyadan qəfil çəkilmənin elanı Tramp kabinetinin ən hörmətli üzvü olan müdafiə naziri Ceyms Mattis üçün qəbuledilməz idi. Ötən Cümə axşamı günü Mattis – Trampın ən təhlükəli impulslarını yatıran şəxs istefa verməklə, demək olar ki, hər kəsi təəccübləndirib.

Onun bəlağətli istefa məktubunda yalnız Suriya səhvi deyil, davranış tərzinə etiraz etdiyi aydın olurdu: Trampın müttəfiqlərini müxaliflərindən ayıra bilməməsi; kürdlər kimi dostları tərk etmək istəyi; və NATO kimi ittifaqı məhv etməsi.

Mattisin dostları televiziya müsahibələrində təqaüdçü generalı, müdafiə intellektualının artıq siyasətə təsir edə biləcəyi deyil, eyni zamanda, kabinetində qalan Trampın mövcudluğunu qəbul edə bilməyəcəyini açıqlayıblar.

Hətta Senatdakı çoxluğun lideri Mitç MakKonnell Mattisin gedişi ilə bağlı qəzəbli bir bəyanat yayıb. Konqres də Trampın başçılığından qorxduğunu ifadə edib.

Tramp administrasiyasından istefaların siyahısı misli görünməmiş şəkildə genişdir. Bəziləri açıq-aşkar korrupsiyaya görə qovulub (ilk növbədə, işə götürülməməli idilər), digəri isə Trampın onlara qarşı çıxması, ya da prezidentin sərt davranışına görə vəzifələrindən gediblər. O, hamının üstünə qışqırır və onları qurbanlıq quzuya çevirir.

Əvvəllər Tramp Mattisə hörmətlə və hətta bir az şəfqətlə yanaşırdı, ancaq o, qarşılıqlı anlaşmazlıqla vuruşmaqdan yoruldu.

Beləliklə, Trampun loyallığı daimi deyil. Heç kəsin istəmədiyi işi yerinə yetirmək üçün Tramp eyni vaxtda iki yüksək dövlət vəzifəsi tutan konservativ keçmiş konqresmen Mik Malvaniyə müraciət edib. Malvani 2016-cı ilin seçkisində televiziya müzakirəsində, “qorxunc insan” olmasına baxmayaraq, Trampa səs verəcəyini söyləmişdi.

Ötən Cümə günü, gecə yarısı federal hökumətin böyük bir hissəsi məvacibsiz qalıb. Trampın ABŞ-Meksika sərhədində divar tikmək vədini yerinə yetirməsi üçün milyardlarla dolları xərcləmə istəyinə görə.

Divar ictimai fikir arasında çox populyar fikir deyil və yalnız Trampın ən sadiq tərəfdarları onu qaçaq miqrasiya (və ya narkotik qaçaqmalçılığına) cavab olaraq görürlər. Lakin onun siyasi əsasından (seçicilərinin 35%-i) faydalanmaqla, Tramp özünü dalana dirəyib.

Beləlikə, Miladdan əvvəl yüz minlərlə federal məvacibsiz işləməyə məcbur olub. Tramp indi Ağ Evdə girovdur, çünki hökumət işçiləri pulsuz qalarkən, onun Palm Biçdəki malikanəsində zəngin dostları ilə qolf oynaması və əylənməsi ikrah doğura bilər.

Lakin Tramp fikrini xəyalpərəst divarından ayırıb Mattisi cəzalandırılmasında və son günlərdə səhvlərini tənqid edən siyasətçilərə təhqiramiz tvitlər yazmasında ancaq özünü ittiham etməlidir. Onun əhval-ruhiyyəsi həmişəkindən daha qəribədir və bayram ərəfəsində Ağ Evdən gələn təhlükə daha da artıb.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam