Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

ARALIQ SEÇKİLƏRDƏN SONRA TRAMPI CİLOVLAMAQ MÜMKÜNDÜRMÜ? –Demokratlar zorən onun müttəfiqi ola bilər - TƏHLİL

Anna-Mari SloqterElmira Bayraslı

“Project Syndicate”

 

ABŞ-da son aralıq seçki kampaniyası zamanı xarici siyasətə xüsusi diqqət yetirilib. Mərkəzi Amerikadan Meksikaya qədər yol açmış miqrant karvanından tutmuş, Çin, İran, Şimali Koreya, hətta Rusiya ilə ticarət və kibermüdafiə kimi bir çox mövzulara toxunulub. Demokratlar Partiyası ABŞ Konqresinin Nümayəndələr Palatasında nəzarəti əlinə aldıqdan sonra vəziyyət dəyişəcəkmi?

Yenixeber.org: Donald Tramp, hər yerdə olduğu kimi, avtokratların sevimli taktikasına – ictimai fikrin diqqətini evdəki problemlərdən yayındırmaq üçün xarici siyasi böhranları yaratmağa üz tutacaq. Trampın medianı idarə etmə qətiyyəti ona manşet başlıqlarını müəyyən etmə imkanı verir: Yaxın Şərqdəki çətinliklərə diqqət çəkmək, Şimali Koreyanın nüvə təhdidini yenidən gündəmə gətirmək və demokratlara Rusiya ilə sövdələşmə və ya silahlanma arasında seçim imkanı etmək.

Tramp, həmçinin Konqresin xarici siyasət mövqeyini zərvərəq kimi istifadə edərək, beynəlxalq çağırışları millət vəkillərinə sırıya bilər. Axı Trampın baxışı budur: “Mən qazanıram, sən itirirsən”.

Onun Konqresdəki uğursuzluqlara görə demokratları danlaması və Ağ Evi uğurlarına görə təriflənmə imkanı qazanması mümkündür. Nümayəndələr Palatasındakı “yeni rəhbərlik”, rekord sayda demokrat-qadınlar da daxil olmaqla, Trampı cazibədar hədəf edir. Topu qapısından buraxaraq yeni oyunçulara özünü göstərmək üçün hər cür təşviqi var.

Bu yeni müsabiqədə Tramp səylərini Suriya münaqişəsinə cəlb edə bilər. Xarici İşlər Komitəsinin yeni sədri Eliot Enql artıq Suriyadakı hərbi qüvvələrin istifadəsi üçün Konqresdən icazəsi almalı olduğunu söyləyib. Ancaq heç kim, – demokrat və ya respublikaçılar, – Suriyada müharibəni sona çatdırmaq  və ya hətta Bəşər Əsədin mülki əhaliyə qarşı kimyəvi silahları açıq şəkildə istifadə etmə riskləri əleyhinə məqbul plana sahib deyil.

Demokratların hər hansı bir hərəkəti onları öz seçiciləri qarşısında qeyri-populyar edəcək və sadəcə Trampın problemləri həll etmə səyinə diqqət yetirəcəklər.

İran məsələsi demokratlara siyasi zərər vermədə Trampın başqa bir fürsət təqdim edib. Tramp 2015-ci ildə İranla nüvə razılaşmasından Birləşmiş Ştatları geri çəkib. Formal olaraq “Joint Action Plan”-ın (JCPOA) ləğvindən sonra bu ayın əvvəlində İrana qarşı sanksiyaları təkrarən reallaşdırıb.

Tramp güman edir ki, uzun zamandır davam edən sanksiyalar İranı müzakirəyə məcbur edəcək. Bu hələ baş verməyib və baş verməyəcək də.

İranı danışıqlar masasına yönəltmək və daha da mühüm, nüfuzunu təsdiqləmək və üzünü xilas etmək üçün Tramp ABŞ-ı İranla qarşıdurma halına gətirə, gərginliyi artıra bilər. Bu, onu Enqlla birlikdə oynamağa məcbur edəcək.

Enql deyib ki, İran – Yaxın Şərqdə “ən təhlükəli oyunçu”dur və o, JCPOA-nun vokal müxalifidir. İmzalandıqdan sonra müqaviləni dəstəkləsə, sazişdən çıxmanı pisləsə də Tramp İrana qarşı Enqlın öz mövqeyindən istifadə, onu daha təcavüzkar mövqe tutmağa vadar edə bilər. Ancaq yeni nüvə razılaşması istəyinin xarici siyasət böhranı yaratması mümkündür.

Demokratlar, həmçinin yəqin ki, Trampı bir daha Şimali Koreya ilə məşğul olmağa sövq edəcək. İyun ayında Enql Şimali Koreyanın nüvə proqramı ilə bağlı qanun layihəsi irəli sürüb və bu qanuna görə, Ağ Ev Şimali Koreyanın nüvə proqramı statusu haqqında məlumat verməli, davamlı danışıqları “təməl”lə təmin etməlidir.

Enql artıq danışıqlarla bağlı dinləmələrin olacağını söyləyib. O, Şimali Koreya lideri Kimlə yaddan çıxarılan nüvəsizləşdirmə razılaşması ilə əlaqədar Trampı bəhanə ilə təmin edə bilər.

Demokrat Nümayəndələr Palatasının yaranması ərəfəsində Tramp Orta Mənzilli Nüvə Raketləri haqqında Müqavilədən geri çəkilib. 1987-ci ildə Ronald Reyqan və Mixail Qorbaçov tərəfindən imzalanan sazişdən çıxış yeni silahlanma yarışının başlanğıcını göstərir.

Tramp artıq müdafiə xərclərinin artırılması və “kosmik qüvvələr”in yaradılmasına çağırıb. Demokratlar 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə Rusiyanın müdaxiləsinə, iyul ayında Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə bağlı qapılar arxasında dialoqa kökləndiyindən, müdafiə büdcəsinin artırma planın ləğvi, ya da Rusiyanı “kötəkləmə” arasında seçim etməli olacaq.

Demokratların Konqresindən sonra dünya azca rahat nəfəs alıb, çünki Trampun təcavüzkar anti-liberal “Öncə Amerika!” dünya nizamı risklidir. Lakin demokratlar Trampın səhvlərini düzəltməyə çalışarkən, kifayət qədər gücə malik olsa da, ardıcıl strategiya qəbul etməkdə zəifdirlər. Demokratlar üçün ən yaxşı seçim Trampın qlobal işlərini balanslaşdırmaqdır.

Müşahidə və pul kisəsinə nəzarət ən güclü vasitə olacaq. Nəticədə, Tramp pul, sanksiya və ya ticarət razılaşmalarının təsdiqlənməsi məsələlərində demokratların ayağına gedəcək. Onlar kartlarını doğru oynayırsa, o, təslim olacaq. Əgər etməsələr, Tramp hələ də daha güclü mövqedə qalacaq.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam