Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Daha bir şirkət Trampı MƏYUS ETDİ- Türkiyədə NƏHƏNG LAYİHƏ

 

Daha bir şirkət Trampı MƏYUS ETDİ - Türkiyədə NƏHƏNG LAYİHƏ

ABŞ prezidenti Donald Trampı ciddiyə almayan “Quql”, “Feysbuk”, “Tvitter” kimi sosial şəbəkə nəhənglərinin sırasına “Linkedin” də daxil olub.

Yenixeber.org: Prezidentin Türkiyəyə qarşı sərt maliyyə sanksiyalarına əhəmiyyət verməyən şirkət Türkiyədə ofis açmaq üçün danışıqlara başlayıb.

500 milyon aktiv istifadəçisi olan amerikalı şirkət iki həftə öncə Türkiyədəki idarəçi namizədlərlə video-konfrans keçirib. “Linkedin” İstanbulda açacağı ilk ofisdə ilkin mərhələdə 50-yə yaxın vakant yer açmağı düşünür. Şirkətin görüşdüyü nümayəndələrə Türkiyə bazarındakı potensialı qaçırmamaq üçün ofis açmasını etiraf etməsi də diqqət çəkib.

Əldə edilən məlumata görə, şirkətin gələcək Türkiyə planları arasında bölgədəki 30-a yaxın ölkədə yerləşən mərkəzlərini İstanbuldan idarə etmək də var. 200 fərqli ölkədən 500 milyon üzvə sahib şirkətin mərkəzi Dublin şəhərində yerləşir. Dünya miqyasında isə 10 ölkədə şöbələri fəaliyyət göstərir. 2016-cı ildə 26,2 milyard dollara “Maykrasoft” tərəfindən alınan “Linkedin” ötən il Türkiyə bazarında 26 dəfə böyüyərək 6 milyon istifadəçiyə çatıb.

Qeyd edək ki, Donald Tramp ötən həftə adıçəkilən internet resurslarını onun haqqında neqativ təəssürat yaratmaqda ittiham edib.(publika)

Zümrüd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam