Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ruhani Trampın nədən “ilhamlandığını” açıqladı

 

Ruhani Trampın nədən “ilhamlandığını” açıqladı
İran prezidenti Həsən Ruhani Amerikalı həmkarı Donald Trampın İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planından çıxmaq qərarını verməsində nədən ilhamlandığını açıqlayıb.
Yenixeber.org: Bu barədə Ruhani bu gün iranlı deputatların ölkədəki iqtisadi problemlərlə bağlı suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, məhz ötən ilin sonunda İranda baş verən etiraz aksiyaları Trampı belə bir adım atmağa həvəsləndirdi.

“Dekabr-yanvar aylarındakı hadisələr Trampı “Əgər Avropa və digər ölkələr regionla və raketlər məsələsilə bağlı məni müşayiət etməsələr, onda mən birtərəfli qaydada nüvə sazişindən çıxacam.” bəyanatını verməyə ilhamlandırdı.” – deyə, Ruhani bildirib.

Qeyd edək ki, ötən ilin 28 dekabrından İranın Tehran, Məşhəd, İsfahan, Rəşt və digər iri şəhərlərində sosial-iqtisadi xarakterli kütləvi etiraz aksiyalar keçirilmiş, polislə vətəndaşlar arasında qarşıdurma yaşanmışdı. O zaman Ruhani etirazları ölkədaxili və xarici səbəblərlə əlaqələndirmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam