Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

KXCP-də qurultayöncəsi gərginlik –Bir daha namizəd olmayacağını demişdi…

1519362428_dcdaacf20d11bf2833366600ca423d16

Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) qurultayöncəsi gərginlik yaranıb.

Yenixeber.org: Partiya sədrliyinə namizəd Oktay Gülalıyev KXCP rəhbərliyini yarıtmaz idarəçilikdə ittiham edib.

“Partiyada bu vəziyyəti gördükcə dəhşətə gəlməklə yanaşı xalqımızın nə qədər müdrik və uzaqgörən olduğunun bir daha fərqində oldum. Bilirsinizmi niyə? Deməli xalqımız haqlı olaraq belə “müxalifətçilər”in, “liderlər”in arxasınca getməyib. Onların çağırışına səs verməyib. Onları hakimiyyətə gətirməyib. Yoxsa bilirsinizmi nə baş verərdi? Böyük bir faciə… Bu fikirləri yazmaq mənim üçün çox ağırdır. Amma ölkənin 1 nömrəli təşkilatının, vaxtilə Elçibəyin rəhbərlik etdiyi milli demokratik təşkilatın bu vəziyyətə salınmasını görmək çox ağır və dəhşətlidir. Mirmahmud Mirəlioğlu o nəhənglikdə təşkilatı dağıtdığı, rəzil günə saldığı, hakimiyyətə sərf edən dişsiz vəziyyətdə qoyduğuna görə partiya üzvlərindən və xalqdan üzr istəyib istefa vermək əvəzinə təşkilatın sonuna çıxmaq qərarına gəlib. O, partiyada olan əxlaqlı, mübariz, əqidəli adamları təşkilatdan uzaqlaşdırmaqla məşğuldur. Bu adam partiyada əməlli-başlı diktatorluq iddiasına və xəstəliyinə tutulub. Amma o deyəsən başa düşmür və anlamır ki, xalqımız və bütün demokratik dünya diktatorları sevmir, onları tarixin zibilliyinə yola salırlar” – deyə O.Gülalıyev qeyd edib.

Sədrliyə namizəd vurğulayıb ki, partiyadan istefa verməyəcək: “Mirmahmud Mirəlioğlu istəyir ki, KXCP-dən istefa verim, bu məsələ bitsin. Mən bu partiyadan heç yerə gedəsi deyiləm. Mübarizəmi də sona qədər aparacam. Bütün demokratik ruhlu insanlardan, xalqımızdan da bu mübarizədə dəstək istəyirəm. Müxalifətin, xalqımızın belə acınacaqlı durumda olmasının bir səbəbi də Mirmahmud Mirəlioğlu kimi sözü ilə əməli uyğun gəlməyən, mübarizədən çəkinən, səriştəsiz adamların 18- 20 il milli təşkilatların rəhbərliyini zəbt edib hakimiyyətə sərf edən, xalqa zidd siyasət aparmalarıdır. Bu siyasətə son verilməlidir!”

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu “Report”a açıqlamasında deyib ki, partiya qurultaya hazırlaşır, bu cür halların baş verməsi normal haldır: “Çünki KXCP demokratik təşkilatdır. Baş verənlər partiyadaxili məsələ olduğu üçün açıqlama vermək düzgün olmaz”.

X.Teyyublu M.Mirəlioğlunun növbəti qurultayda sədrliyə namizəd olacağını açıqlayıb: “O, hazırda partiyanın sədridir. Qurultay günü təyin edildikdən sonra Mirmahmud Mirəlioğlu partiya sədrliyinə namizəd sayılacaq. Bütün bu məsələlər qurultayda həll ediləcək”.

O xatırladıb ki, bir müddət öncə, M.Mirəlioğlu partiyada Sədr Aparatını buraxıb: “Mirmahmud bəy Sədr Aparatını buraxıb. Ona görə də müavinlik funksiyasını yerinə yetirmirəm”.

Qeyd edək ki, KXCP-nin sonuncu qurultayında M.Mirəlioğlu partiya sədrliyinə bir daha namizəd olmayacağını açıqlayıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam