Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

KXCP sədri müavinini qovdu

d75c21c2-0e67-465c-a28f-a5680890223e_292

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müavini Oqtay Gülalıyevin vəzifəsindən azad etməsinin səbəbləri məlum olub.
Xeberinfo.com:   Məlumata görə, O.Gülalıyevin müavinlikdən çıxarılmasına səbəb onun KXCP Ali Məclisinin sonuncu sessiyasındakı çıxışı olub.
Belə ki, O.Gülalıyev çıxışında KXCP-nin siyasi kursunu sərt tənqid edib. O bildirib ki, partiyanın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı qeyri-məqbul qiymətləndirilməlidir: “KXCP rəhbərliyi deyirdi ki, deputatlığa namizədlər üçün 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə edib sözlərini deyəcəklər, seçkidə iştirak edib saxtakarlıqları üzə çıxaracaqlar. Bunların heç biri baş vermədi”.
O.Gülalıyev müxalifətin, o cümlədən KXCP-nin iqtidarla keçirdikləri görüşlərə, “Bakı-2015″ I Avropa Oyunlarında iştirakına iradını bildirib.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında O.Gülalıyevin təmsil olunduğu Milli Şuranı tənqid edib. M.Mirəlioğlu bildirib ki, onun müavini Milli Şura kimi qurumda təmsil oluna bilməz. Partiya sədri bunu əsas gətirərək, O.Gülalıyevi müavinlikdən azad edib.
O.Gülalıyev “Report”a açıqlamasında KXCP sədrinin müavinliyindən azad olunduğunu təsdiqləyib. O, sessiyada baş verənləri isə nə təsdiq, nə də təkzib edib.
KXCP sədri M.Mirəlioğlu ilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, O.Gülalıyev Milli Şurada təmsil olunur və qurumun mətbuat xidmətinin rəhbəridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam