Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

MİRMAHMUD MİRƏLİOĞLUNU DA MİLLİ ŞURADAN ÇIXARIRLAR

 

Aga 

 

 

 

 

KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuradan uzaqlaşdırılacaq. Bu barədə AzPolitika.info-ya Milli Şuradadakı mənbədən məlumat sızıb.

 "Xeberinfo.com": Məlumatda deyilir ki, Milli Şura yaxın günlərdə Mirmahmud Mirəlioğlu ilə vidalaşmaq niyyətindədir. Səbəb isə KXCP sədrinin “Milli Şuranın siyasətinə uyğun fəaliyyət göstərməməsidir”.

Mənbə bildirib ki, Mirmahmud Mirəlioğlu hazırda “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi” adlanan “təkədamlıq partiyalardan ibarət” qurumda da təmsil olunur. Bu qurum isə Milli Şuradan kənarda “müxalifət birliyi” kimi təqdim olunmaq üçün qurulub. Qurumda təmsil olunanlar hökumətə loyal münasibət bəsləyirlər və onun imicini düzəltmək üçün “dialoq oyunu” ilə məşğuldurlar.
“Milli Şura bu siyasəti qəbul etmir və demokratiya uğrunda mübarizə üçün zərərli sayır. Buna görə də, qurumun üzvlərindən kiminsə həmin siyasətin iştirakçısı olması yolverilməzdir”, – deyə mənbə qeyd edib.

Bildirildiyinə görə, Milli Şuradakı əksəriyyət KXCP sədrinin hökumətyönlülərlə eyni mövqe tutmasından narazıdır və qurumun ən yaxın iclaslarından birində onunla bağlı məsələyə baxılacaq.

Müşahidələr isə göstərir ki, Mirmahmud Mirəlioğlu faktiki olaraq Milli Şuradan ayrılmış vəziyyətdədir. O, qurumun tədbirlərində iştirak etmir, iclaslara qatılmır. Hətta Milli Şuranın son mitinqlərində də iştirak etməyib. Heç rəhbərlik etdiyi KXCP də bu mitinqlərə əhəmiyyətli dəstək verməyib.

Mirmahmud Mirəlioğlu çıxarılandan sonra KXCP-nin Milli Şuradakı digər təmsilçiləri ilə bağlı hansı vəziyyət yaranacağına isə mənbə aydınlıq gətirməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam