Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“HÖKUMƏTİN PİS İŞLƏYƏN ÜZVÜNÜN ADINI ÇƏKİN” -Deputatdan çağırış

MİlliMecliss

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcə” layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra irad və təklif səsləndiriblər.

Xeberinfo.com:   APA-nın məlumatına görə, deputat Rafael Cəbrayılov bildirib ki, əmək pensiyalarının hesablanması ilə bağlı ciddi problemlər var. Bu problemlər məhkəmə çəkişmələrinə qədər gedib çıxır: “İnsanlar məhkəmə çəkişməsində udduğu pensiya məbləğini almaqda çətinlik çəkir”.

Deputat bildirib ki, indiki çətin iqtisadi böhran şəraitində işsiz ailələrə ünvanlı sosial yardımın verilməsi təmin edilməlidir: “Elə ailələr var ki, evinə əməkhaqqı daxil olmur. Bu cür ailələrə kömək etmək lazımdır. Çünki ölkədə işsizlik problem var”.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, ünvanlı sosial yardımların verilməsində neqativ hallar var. O qeyd edib ki, bir vaxtlar ünvanlı sosial yardım verilən şəxslərin siyahısının internetdə yerləşdirilməsi barədə məsələ qaldırılıb: “Amma bu məsələ reallaşmadı. Bir çox qurumda şəffaf kadrların yerləşməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan kimi olsun. Həqiqətən, Səlim Müslümov bu quruma rəhbər gətiriləndən sonra burada müsbətə doğru ciddi addımlar atıldı, şəffaflıq gücləndirildi. Amma ümumi baxsaq, hər yerdə 100 faiz şəffaflıq mümkündürmü? Biz ünvanlı sosial yardımı kəsməklə şəffaflıq əldə edəcəyikmi? Əksinə ciddi narazılıqlar yaranar. Təklif edirəm ki, ehtiyac meyarının minimumu yaşayış minimumuna çatdırılsın, heç olmasa 135 manat olsun. Rayonlarda sosial problemli ailələr çoxdur, rayonlarda, kəndlərdə mağazalarda nisyə dəftərlərinin qalınlığı buna sübutdur. Hazırda iş yerlərini itirən insanlara sosial müavinətlər verməliyik ki, cəmiyyətdə ciddi gərginlik yaranmasın”.

Q. Həsənquliyev çıxışlarda diqqətli olunmasını təklif edib: “Deyirlər ki, hökuməti əvvəllər tərifləyənlər niyə indi tənqid edirlər? Mən hər zaman hökumətin müsbət addımlarını tərifləmişəm, mənfi hesab etdiklərimi isə tənqid etmişəm. Burda nə var ki? Məsələyə belə yanaşmaq düzgün deyil. Bütün dünyanın gözü parlamentlərdə olur. Bu səbəbdən danışanda diqqətli olmalıyıq”.

Deputat Fazil Mustafa isə deyib ki, ölkədə işsizliyin səviyyəsi artır: “Pay torpaqlarına malik vətəndaşların böyük əksəriyyəti öz torpaqlarından istifadə etmir. Bunlar da gizli işsizlər ordusunda yer alırlar. Tikinti sektorunda çalışanların da böyük hissəsi bu sıradadır. Ödənişsiz məzuniyyətə göndərilənlərin əksəriyyəti işsiz qalıb. İşsizlik ölkəmiz, milli təhlükəsizliyimiz üçün ciddi təhlükədir. İşsizlik nəticəsində kriminal sahəyə və narkomaniyaya axın olur. Ona görə də orta aylıq əmək haqqı bizi aldatmamalıdır”.

F. Mustafa diqqəti uşaqların xərclərinə yönəldib: “Bir uşağın təminatı üçün lazım olan ərzaq və digər vəsaitlər o qədər bahadır ki, ailə bunun öhdəsindən gələ bilmir. Bir məktəbli uşağın aylıq xərci 300-400 manatı keçir. Çox sayda xəstə uşaq var ki, valideynləri vəsait tapıb onları müalicə edə bilmirlər”.

Deputat ölkə büdcəsi ilə bağlı təqdimatın yeni formasına keçilməsini təklif edib.

Deputat Siyavuş Novruzov deyib ki, Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həm pensiyaların hesablanması, həm ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirib: “Əvvəllər sosial ünvanlı yardım alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin eleketronlaşması istənilən şəxsə siyahını əldə etmək imkanı yaradıb. B Əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin hər birimiz şahidiyik”.

S. Novruzov deputatların tənqid və təkliflərlə bağlı fikirlərinə də münasibət bildirib:“Təbii ki, müxalifət tənqid, iqtidar müdafiə etməlidir. Amma tənqidin də forması olmalıdır. Tənqid etdikdə konkret sahəni göstərilməlidir. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda yazılır ki, hökumət tənqid edildi. Belə olanda, hər kəs düşünür ki, tənqidin ona aidiyyəti yoxdur. Bəzən də həmkarlarımızdan kimsə iclasdan çıxanda hökumət üzvlərinə “mən səni nəzərdə tutmurdum” deyirlər. Ona görə, söz konkret ünvana deyilməlidir. Hökumətin həm yaxşı, həm də pis işləyən üzvləri var. Pis işləyən üzvün adını çəkin və münasibətlərinizi də o cür qurun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam