Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"Vaxtilə parlamentdə söyüş söyürdülər" -Millət vəkili

Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə keçiriləcək iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenixeber.org:  Məlumata görə, deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, vaxtilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub: “Həmin şəxslər buna görə layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə qanun layihəsinin hazırlanması zəruri idi. Amma deputat hər kiçik insidentə görə parlamentdən xaric olunmalı deyil”.

MM üzvü Rövşən Rzayevin fikrincə, ilk olaraq deputatın cəmiyyətdə hörmətinin bərpasına nail olunmalıdır. Deputat bu qanun layihəsini dəstəklədiyini qeyd edib.

Çıxış edən digər deputatlar Rafael Cəbrayılov, Əflatun Amaşov, Elman Nəsirov, Hikmət Babayev və digərləri qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər. 

İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, layihə bütün komitələrin müzakirəsinə verilməlidir: “Yaxşı olardı ki, komitələr layihə ilə bağlı yazılı rəy versinlər. Hesab edirəm ki, bütün komitələr müzakirələrdə fəal iştirak etməlidirlər”.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam