Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Deputat Səlim Müslümova səsləndi:Sərt mübarizə…

Deputat Səlim Müslümova səsləndi:

 

 

 

Əmək müqavilələri olmadan çalışan və ya müqavilədə əmək haqları az göstərilən işçilərin pozulan hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər görülməlidir

 

Yenixeber.org:  Bu haqda Milli Məclisin bugünkü iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib. Qanun layihəsində əksini tapan bir sıra vacib məsələləri dəstəkləyən millət vəkili qeyd edib ki, müəssisə və şirkətlərdə əmək müqavilələri ilə bağlı problemlər qısa zamanda öz həllini tapmalıdır:

“Təbii ki, sahibkarlığın daha da inkişaf etməsini hamımız istəyirik. Çünki bu, iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün çox vacibdir. Sahibkarlara qarşı süni maneə və qanunsuz yoxlamaların əleyhinəyik, ancaq onlar tərəfindən işçilərin hüquqlarının pozulmasına da qarşıyıq. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya müqavilədə əmək haqları az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar necə pensiya alacaqlar? Bu, dövlət üçün də ciddi bir problem yaradacaq. Biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik. Yəni hər bir insan öz əmək haqqında DSMF-yə nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq. Əmək müqaviləsi olmadan çalışan insanların gələcəkdə pensiya almaları sual altında qalacaq və ya müqavilədə əmək haqqı az göstərilənlər gələcəkdə ona uyğun pensiya alacaqlar. Bu isə yüzlərlə insanın gələcəyinin böyük təhlükə qarşısında qalması deməkdir”.

Millət vəkili qeyd edib ki, bəzən insanlar iş tapmaq çətinliyi və işlərini itirmək qorxusu qarşısında əmək müqaviləsi olmadan işləməyə məcbur olurlar:

“Müvafiq dövlət qurumu bu kimi hallara son qoyulmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə yoxlamalar aparmaq imkanları olmalı, eyni zamanda, bu məsələ ilə sərt mübarizə tələb edilməlidir. Bu istiqamətdə əhalinin hüquqları ilə bağlı maarifləndirilmə işlərinin genişləndirməsinə də ehtiyac var”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam