Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Naqif Həmzəyev ordu ilə bağlı təklif irəli sürdü

Deputat ordu ilə bağlı təklif irəli sürdü

Milli Məclisin iclasında Silahlı Qüvvələrdə müddətdən artıq xidmətə götürənlərlə bağlı xüsusi nəzarətin tətbiq edilməsi təklif olunub.

Yenixeber.org: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Naqif Həmzəyev bildirib ki, müddətdən artıq xidmətə götürənlə bağlı sənədləşmə zamanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır: 

“Son vaxtlar hərbi sirlə bağlı orduda bəzi problemlərin olması da bunun vacibliyini ortaya çıxarır. Müddətdən artıq hərbi xidmətə götürülənlərin həmin dövrə qədər hərbi karyerasında yalnız müddətli hərbi xidmət dövrü var, ondan sonra onun harada və necə həyat tərzi keçirməsi bəlli olmur. Ona görə də sonradan müddətdən artıq hərbi xidmətə götürülən zaman təhlükəsizlik xidmətinin və yerli polisin dəstəyindən istifadə etmək lazımdır”.

Deputat hərbi hissələrdə işə götürülən mülki işçilərin də eyni yoxlanışdan keçməsini təklif edib: “Bəzən olur ki, mülki şəxs olan peşəkar aşpaz və yaxud digər xidmət növü nümayəndəsi hərbi qurumda işə götürülür. Bu zaman bu şəxslər də müvafiq qurumlar tərəfindən yoxlanılmalıdır”.

Deputat yenidən hazırlanan qanun layihəsinin mükəmməlliyini xatırladaraq qeyd olunan məsələlərin layihədə əks olunmasını təklif edib.

İclasda iştirak edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deputata cavab olaraq deyib ki, orduda müddətdən artıq hərbi xidmətə götürülənlərlə bağlı məsələ diqqətdə saxlanılır və onlar işə götürülən zaman xüsusi xidmət orqanları tərəfindən yoxlanılır: “Bu məsələyə bundan sonra da daha çox diqqət yetiriləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam