Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

"Lukaşenko Çinə Moskvadan qorunmaq üçün gedib" -ABŞ Müharibə Araşdırmaları İnstitutu

Yenixeber.org:  Səfərlə bağlı ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) maraqlı hesabat hazırlayıb.

İnstitutun mütəxəssisləri hesab edirlər ki, Lukaşenkonun Çinlə yaxınlaşmasının əsas səbəbi "Çinin Belarusa təsirini artırmaq və bu yolla Moskvanın təzyiqlərindən qorunmaqdır".

Bununla yanaşı, qeyd olunur ki, Lukaşenkonun Si Tsinpinlə görüşü zamanı müzakirə olunan mövzulardan biri də Çinin Belarus vasitəsilə Qərb sanksiyalarından yayınaraq Rusiyaya yardım göstərmək planıdır. Tərəflər arasında bununla bağlı bir sıra sənədlərin imzalandığı da bildirilir.

Hesabatda deyilir ki, səfər zamanı imzalanan sənədlər arasında Çinin Belarusla iqtisadi və texnoloji əlaqələrinin kəskin artırılmasına yönələn razılaşmalar xüsusi yer tutur və bu, heç də təsadüfi deyil: "Lukaşenko bu sənədləri imzalamaqla çoxdandır arzuladığı Çinin Belarusa iqtisadi təsirini artırmaq və Rusiyanın təzyiqlərindən qorunmaq istəyir".

Eyni zamanda institutun mütəxəssisləri hesab edirlər ki, Rusiyada Putin hakimiyyəti dəyişməyəcəyi təqdirdə, Lukaşenko bütün cəhdlərinə rəğmən Belarusun Rusiya tərəfindən "udulmasını" yalnız müəyyən müddətə qədər təxirə sala bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam