Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Yasamalda fəaliyyət göstərən “Yaban Pub & Restaurant”da qanun pozuntuları iddiası

 

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 37 ünvanında yerləşən “Yaban Pub & Restaurant” fəaliyyətində bir sıra qanun pozuntularına yol verir.
Yenixeber.org: Qeyd olunur ki, müəssisədə çalışan işçilərin əmək müqaviləsi olmadan, qeyri-rəsmi şəkildə işlə təmin edildiyi bildirilir. Bu isə əmək qanunvericiliyinə ziddir və işçilərin sosial müdafiəsiz qalmasına səbəb olur.

Bundan əlavə, məkanın kassasında POS-terminal mövcud olsa da, ödənişlərdə əsas üstünlük kartdan-karta köçürməyə verilir. Bu hal, vergi öhdəliklərindən yayınma və şəffaf maliyyə dövriyyəsinin gizlədilməsi ehtimalını artırır.

Qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərində bütün maliyyə əməliyyatlarının rəsmi şəkildə aparılması, ödənişlərin POS-terminal və ya kassa çeki vasitəsilə rəsmiləşdirilməsi tələb olunur. Əmək müqavilələrinin bağlanmaması və ödənişlərin qeyri-rəsmi şəkildə aparılması isə həm vergi, həm də əmək qanunvericiliyinin pozulması deməkdir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi və Vergilər Nazirliyi dərhal tədbir görməli, obyektdə yoxlama və araşdırmalar aparmalıdır.(Xüsusi.TV)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam