Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Putin Pekindən əliboş qayıdır –Kremlin ümidləri puç oldu

Rusiya Prezidenti Vladimir Putinin Çin səfəri gözlənilən nəticəni verməyib.

Yenixeber.org: Kreml üçün əsas prioritet olan maliyyə məsələlərində, xüsusilə UnionPay kartlarının Rusiyada fəaliyyətinin bərpası və “Mir” sisteminin Çində işə salınması mövzusunda heç bir irəliləyiş əldə olunmayıb.

Hərçənd tərəflər arasında 22 sənəd imzalansa da, bank sahəsində Moskvanın bütün ümidləri boşa çıxıb. Çin tərəfi UnionPay-in rusiyalı müştərilər üçün işini bərpa etməyə razı olmayıb. Halbuki, bu kartlar əvvəllər Qərbin sanksiyaları altında əzilən rus banklarını qismən xilas edirdi. 2024-cü ildən isə UnionPay kartları hətta Çinin özündə belə işləmirdi.

“Mir” kartları ilə bağlı da vəziyyət eynidir. ABŞ sanksiyaları altında olan bu sistemin Çində qəbul ediləcəyinə dair heç bir qərar çıxarılmayıb. İndi Kreml yalnız QR-kodlarla ödəniş ümidinə qalır – çünki Çində əsas ödəniş üsulu artıq uzun müddətdir ki, məhz QR kodlarla həyata keçirilir.

Pekinlə danışıqlardan yeganə “nəticə” vizasız rejim olub. Bu isə maliyyə böhranından çıxış yolu deyil, sadəcə formal bir addımdır.

Bu vəziyyət bir daha göstərdi ki, Putinin siyasəti Rusiyanı çıxılmaz bataqlığa sürükləyib. Bank sektorunda iflic vəziyyət, beynəlxalq aləmdə təcrid və “strateji tərəfdaş” sayılan Çindən belə maliyyə dəstəyi ala bilməmək Kreml üçün biabırçı uğursuzluqdur. Moskvanın artıq nə Qərbdə, nə də Şərqdə real dayağı qalmayıb.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam