Əfqanıstan dünyadan yardım istədi -SƏBƏB
Taliban rəhbərliyi yüzlərlə insanın öldüyü güclü zəlzələdən sonra beynəlxalq ictimaiyyətdən yardım istəyib.
Yenixeber.org: Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Talibanın hakimiyyətə gəlməsindən sonra xarici yardımın kəskin azalması və ABŞ-ın son yardım kəsintiləri humanitar vəziyyəti daha da ağırlaşdırıb.
Qeyd edək ki, Əfqanıstanın Əsədabad şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ olub, nəticədə 1411 nəfər ölüb, 5400-dən çox ev isə tamamilə dağılıb.