Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

LUKAŞENKONUN PUTİNƏ “GECİKMİŞ GÜZƏŞTLƏRİ”... -Belarusun yeni qərarı nəyi dəyişəcək?

Yenixeber.org: ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında bu mövzuya xüsusi yer ayrılır. Hesabatda Lukaşenkonun Putinə yeni vədləri “gecikmiş güzəştlər” adlandırılır.

Məlum olduğu kimi, Lukaşenko Belarusda Rusiyanın “SU-25” hərbi təyyarələrinin istehsalına razılıq verib. Amerikalı mütəxəssislər hesab edirlər ki, bu təyyarələr onsuz da Ukraynaya qarşı müharibədə həlledici, həyati əhəmiyyətli rol oynamır. Ona görə də onların Belarusda istehsalı cəbhədəki vəziyyətə hər hansı ciddi təsir göstərməyəcək. Ancaq bununla yanaşı, Rusiya bu təyyarələrin istehsalını Belarusun boynuna qoymaqla, öz istehsal güclərini azad etmiş olur və həmin müəssisələr digər daha vacib hərbi məhsulların istehsalına yönəldilə bilər.

Hesabatda həmçinin bildirilir ki, Rusiya Belarusun hərbi sənayesini “udmağa” çalışır və Kreml bundan sonra müharibəni davam etdirmək və uzatmaq üçün Belarus sənayesinin imkanlarından daha geniş şəkildə istifadə etməyə çalışacaq.

Bütün bunlarla yanaşı, institut hesab edir ki, Lukaşenko artıq xeyli vaxt qazanmağa nail olub, onun Putinə yeni güzəştləri isə kifayət qədər gecikib və bunlar Rusiyaya hər hansı ciddi üstünlüklər qazandırmayacaq. Ən əsası isə odur ki, Lukaşenko Belarusu Ukraynaya qarşı birbaşa savaşdan yayındırmaq üçün manevrlər etməkdə davam edir. “Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam