Redaktor seçimi
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
Günün xəbəri

Quru yolumuzu NK , məhkəmə hüququ, hakim(lər)ə etiraz yolunu kim bağlayıb? -Hakim qərəzinin əsasında etiraz hüququnun pozulması dayanır

Hakimə, məhkəmə tərkibinə etiraz qanunla , prosessual məcəllə ilə təminat verilən hüquqdur. 

Yenixeber.org: Həm cinayət, həm mülki, kommersiya, inzibati işlərdə proses iştirakçısının etiraz etmək hüququ təsbit olunub; Ali Məhkəmənin Plenumu  24 noyabr 2005-ci il tarixli qərarla hakimə, məhkəmə tərkibinə etiraz etmə barədə qanunvericiliyin tətbiqində vahid məhkəmə təcrübəsini formalaşdırıb. Di gəl, fakt budur ki, praktiki olaraq vətəndaşların, məhkəmə prosesi iştirakçılarının etiraz hüququna qadağa qoyulub, etirazlara baxılmır. Hətta hakimə etiraz etmə hüququna görə hakimin cərimə tətbiq etməsi və anında gecə ilə icra sənədi tərtib etməsi başımıza gələn özbaşınalıq, vicdansız davranış faktıdır. Halbuki, birincisi hakimin ona etiraza baxmasının özü qanunsuzdur, etiraza məhkəmə sədri baxmalıdır; ikincisi, elektron kabinetdən göndərilən etiraza görə cərimə tətbiq edilməsi yazılmayan özbaşınalıqdır. Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyeva (VÖEN 1400028632) isə 1-ci dərəcəli Qarabağ qazisini yatağında hakimə qeyri-prosessual özbaşınalığına, süründürməçiliyinə, icraatı cavabdehin sifarişilə itirdiyi əsası ilə  etirazına görə 300 manat cərimə edib. Özbaşınalığa, məhkəmə təminatı hüququna kobud qadağaya baxın, cavabdeh “Azəriqaz”a qarşı iş üzrə icraat artıq bir ilə yaxındır itirilib, mobil operatorun (“Bakcell”) vurduğu 100 manatlıq ziyanın ödənilməsini tələb edən iddiaçı qazi üçqat məbləğdə- 300 manat cərimələnib. (?) Belə məhkəmə təminatı hüququ, belə etiraz hüququna hüquq orqanları hələ də susur, ombudsman (aparatı) isə özbaşınalığı, vicdansız davranışı hakimin müstəqilliyi sayır. (?)

Bakı Apellyasiya Məhkəməsinin  etirazlara baxmaması özbaşınalığı hələ də sürür. Başımıza gələnlərdən: Nəsimi məhkəməsinin (h. Vüsalə Musayeva) cavabdeh “Azərişıq”ın qeyri-prosessual sifarişi ilə 8 ildir verdiyi texniki şərti 201,72 manat rüşvət tələb edib (hesab nömrəsi, qəbz verilmədiyindən bu qanunsuz ödəniş faktiki rüşvətdir) icra etməməsini qanuni sayan, müşavirə otağına gedib hələ də qayıtmayan, otaqdan yeni iclas təyin edən (?) hakimə ABB- qarşı işdə etiraz edilməsinə hələ də baxılmayıb. Bakı Apellyasiya Məhkəməsində “Azərişıq”a qarşı iş iddiaçı 1-ci dərəcəli qazini yatağında məhkəməyə ərizə verdiyinə görə 400 manat cərimə edən Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyünə verilib və anında kabinetdən, ali dövlət hakimiyyəti orqanlarından etiraz(lar) təqdim olunsa da, nə etiraza baxılıb, nə şikayətin dəlillərinə. ABB-yə qarşı işi isə 1-ci dərəcəli qazini sifarişlə müstəqil” heyətlərə toplam 800 manat cərimə etdirən Mülki Kollegiyanın sədri Rafael Eyvazovun başçılıq etdiyi Fuad Babayev, Cəmilə Musayeva üçlüyü icraatına götürüb. Və yenə də etirazlara heç bir reaksiya yoxdur.  Nizami məhkəməsinin  300 manatlıq cərimə hakiminin (Qumru Əliyeva) “Azəriqaz” və “Bakcell”ə qarşı 2 ayrı şikayət də 400 manatlıq cərimə heyətinə -Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə verilib və yenə də nə etiraza baxılır, nə şikayətin dəlillərinə. Halbuki Ali Məhkəmə Plenumunun 20 il qabaqdan formalaşdırdığı vahid məhkəmə təcrübəsinə görə, hakimə  (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən DƏRHAL sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Bəs niyə nəinki dərhal, heç (vaxt) baxılmır və qərəz hakimliyi sürür?! Etiraz edən proses iştirakçısını məhkəməyə müraciət etdiyinə, etiraz etdiyinə, hüquqi yardım istədiyinə görə 400 manat, 300 manat, 100 manat cərimə edən hakimlər necə qərəzsiz, obyektiv, ədalətli ola bilərlər? Yeri gəlmişkən, 400 manatlıq cərimə heyəti- Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyü 7 aydan sonra – 18 avqustda “Azəriqaz”a qarşı işdə qazinin etirazını baxılmamış saxlayıb ki, etiraz işə baxıldıqdan sonra verilib. (??) 

Etiraza baxılmamasının acı nəticəsini elektron məhkəmə bildirişi bir daha ortaya qoyub. Binəqədi məhkəməsinə (h. Elnarə Vəliyeva) fevralda verilən etiraz, hakimdən şikayət sentyabrda təhvil alınıb. Düz 7 aydan sonra!(?). Belə “DƏRHALLIQLA” hansı etiraz hüququndan danışmaq olar?

İnzibati məhkəmələrdə və kollegiyalarda etiraza baxılmaması özbaşınalığı daha qabarıq formadadır. Məhkəmələr, hakimlər, sədrlər özlərini korluğa qoyub, etirazları görmürlər. Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov; Aytən Oruczadə, Günel Abbasova, Cahagir Yusifov üçlükləri, BİM-in qərəz hakimləri Aygün Abdullayeva, Ləman Musayeva, Günel Sevdimalıyeva, Rüstəm Kərimli (qərəz xidməti yüksək qiymətləndirilib, Şəki İM-ə sədr edilib; orada şəhid ailələrinin torpağını özgələşdirmək təcrübəsini Bakıdakı kimi sürdürür), Orxan Həsənov, Bəhruz Cəlalov... ƏƏSMN-dən “gözdən əlillik” dərəcəsi almağa layiqdirlər. Göz önünə gətirin, Günel Sevdimalıyeva 2023-cü ildə 5 ay borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından özbaşına dayandırdığı 1BİİM-in qərarının icrasını tələb edib. 5 ay sonra RÜŞVƏTİNİ alıb tələbkar qaziyə bir də məhkəməyə ərizə verəcəyi halda baxılmayacağını, cəzalandırılacağını (rəsmi məktubla) bildirib. İndi bu hakim tələbkarın ərizəsinə necə obyektiv, qərəzsiz baxa bilər? Həmin məhkəmə qərarının icrasına tələbkarın verdiyi ərizə yenə qərəzlə bu qərəz hakiminə verilib, nə etiraza baxılır, nə ərizələrə. Günel Sevdimalıyeva qocaman rüşvət həmkarı Aygün Abdullayeva kimi tələbkarın ərizəsinə MÜMKÜNLÜK iclası təyin edib. Elə Aygün Abdullayeva kimi də mümkün saymayacağı qərəzindən bəlli edir. Bunlar anlamır ki, məhkəmə qərarının icrası məcburidir, tələbkarın icranı tələb edən ərizəsi mümkünsüz sayıla bilməz?! 

Nəsimi məhkəməsinin hakimi Ramin Xəlilova 10 aydır edilən etirazlara da baxılmır. Elə bil heç iddiaçı, müalicəyə getdiyi xaricdən ölkəsinə gələndə dələduzluqla reysə buraxılmayan, 2000 manat maddi ziyan çəkən Qarabağ əlili ailəsi proses iştirakçısı deyil, nə vəsatət vermək hüququ var, nə vəkillə dövlət hesabına təminat, nə etiraz, nə də şikayət hüququ. Məhkəmə Hüquq Şurası baxmır, ombudsman (aparatı) “müstəqillik özbaşınalığı” sayır, özünüz baxın, hakim Ramin Xəlilov 6 qərardadından şikayətimə 6 ay MPM-in 269-cu maddəsinə uyğun olaraq baxmayıb, şikayəti nə apellyasiya instansiyasına göndərib, nə özünün “müstəqil” məntiqinə görə kassasiya instansiyasına. Geri qaytarıb ki, birbaşa kassasiya instansiyasına şikayət verilməlidir ki, buna əməl edilməyib, sadəcə şikayət verilib. (??) Axı məhkəmə hakimi özü qərardadında “şikayət verilə biləryazıb, bu necə olsun? 6 aydan sonra hakim səhvini qanuna “düzəliş “düzəldib”, “Nəsimi məhkəməsinə kassasiya şikayəti verilə bilər” şəklinə salıb. Bakı AM-in MK-sı (s/e Azad İmanov, Fuad Talışinski və b.) bunu qüvvədə saxlayıb ki, məhkəmə düz edib, birbaşa kassasiya şikayəti verilməlidir, iddiaçı qazi qanunu pizub. Di gəl, iddiaçı qazi hər 2 məhkəmə instansiyasına kassasiya şikayətini təqdim etsə də, hələ də baxılmır, Ali Məhkəməyə göndərilmir. Bunu necə anlamaq olar, demirlər birbaşa kassasiya şikayəti verilməlidir, bu da kassasiya şikayəti! Niyə kassasiya instansiyasına göndərilmir?

Məhkəmə Hüquq Şurası (MHŞ), Ombudsman bunu da müstəqillik aktı” kimi dəyərləndirəcək? NK quru yolumuzu bağlayıb, hava uçuşuna da dələduzluqla buraxmırlar. Məhkəmə də məhkəməyə, hakimə etirazlara qadağa qoyub. Hüququmuzu tələb edirik, məhrum olunuruq, hətta cərimələnirik. Hüquqsuzluğa kim qiymət verəcək? MHŞ,  Ombudsman,... yoxsa BMT, Avropa, Amerika?

Məğrur Bədəlsoy

Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam