Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

PARK, YOXSA “NOVASTROYKA”? - Suraxanıda bu ərazidə nə tikiləcək? +FOTOLAR

Suraxanı rayonu ərazisində, Babək prospektindən Yeni Günəşli qəsəbəsinə gedən yolun üzərindəki “qartal heykəli” kimi tanınan ərazidə xeyli müddətdir böyük bir sahə baxımsız qalıb. Söhbət əvvəllər hərbi hissənin yerləşdiyi və bir neçə il əvvəl söküldüyü bir neçə hektarlıq böyük ərazidən gedir.

Yenixeber.org: Ərazi hasara alınsa da, onun böyük hissəsində uzun müddətdir heç bir iş aparılmır. Yalnız keçmiş hərbi hissənin giriş hissəsində yaşayış evinin tikintisi gedir. Qalan ərazi boşdur. Hasarın üzərində ərazinin hansısa tikinti şirkətinə, yoxsa dövlət müəssisəsinə aid olduğuna dair heç nə yazılmayıb ki, bu da Azərbaycan reallığı üçün adi haldır…

Yerli əhali isə bu ərazinin də göydələnlərlə doldurulacağından narahatdır. Sakinlər əslində, böyük və yaraşıqlı bir park salınması üçün ideal yer olan bu ərazinin də hansısa tikinti oliqarxının ixtiyarına verilməsindən qorxurlar. Çünki zatən ətrafdakı xeyli ərazilər onlar tərəfindən zəbt olunub. Məsələ ondadır ki, son illər onsuz da Suraxanı rayonu, xüsusilə də Qaraçuxur və Yeni Günəşli qəsəbələri ərazilərində çoxsaylı hündürmərtəbəli yaşayış binaları tikilib və tikilməkdə davam edir. Bu da əhali sıxlığını, bunun nəticəsi olaraq da avtomobil axınını xeyli artırır.

Məsələn, sözügedən ərazidəki “şir heykəli” (Hacıbala Abutalıbovun “əsəri”) adlanan yerdəki dairədə günün az qala bütün saatlarında tıxac müşahidə olunur. Ətrafdakı supermarketlər və yeni yaşayış binalarının tikintisi yolları daha da daraldıb. İndi yuxarıda qeyd etdiyimiz ərazidə də yeni binalar tikilsə, bu yollarda tıxac əlindən hərəkət etmək mümkünsüz olacaq.

Üstəgəl, ərazidə ciddi içməli su təminatı problemi var. Bu yay Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin sakinləri su qıtlığından sözün əsl mənasında əziyyət çəkdilər. Yeni binaların tikintisi isə bu problemi daha da kəskinləşdirəcək. Bu səbəbdən yerli əhali haqlı olaraq, hökumətdən bu ərazini nəzarətə götürməyi və orada yaşayış binaları deyil, park salınmasını xahiş edirlər. Çünki sözügedən qəsəbələrdə yolların genişləndirilməsi, yaxud su probleminin kökündən həll edilməsi müşahidə olunmur və çətin ki, yaxın müddətdə də nə isə dəyişə

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı. İcra hakimiyyətinin səhifəsindəki əlaqə nömrələrinin heç biri cavab vermədi.(Azpolitika)

C.Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam