Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Saleh Məmmədov təqaüdə göndərilir -yerinə ŞOK namizəd


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov vəzifəsi ilə vidalaşır.

Yenixeber.org: Əldə etdiyimiz xəbərə görə,  AAYDA rəhbəri yaxın vaxtlarda təqaüdə göndərilir. Məlumatda deyilir ki, Saleh Məmmədov artıq çemodan ovqatındadır. Hətta məzuniyyət olduğu dövrdə kabineti təmir olunub.  Bildirilir ki, Saleh Məmmədov məzuniyyətdə olarkən, onu İnvestisiya Baş İdarəsinin rəisi Əli Hacıyev əvəzləyib. Hətta sədrin kabinetində gedən təmirə nəzarət görə otağın açarı Əli Hacıyevin köməkçisində olub. Buna səbəb isə Saleh Məmmədovun yerinə gətiriləcəyi ilə bağlı gözləntilərdir. Maraqlıdır ki, Saleh Məmmədov məzuniyyətdə olduğu dövrdə onu birinci müavini Əvəz Qocayev əvəzləməyib. Bu da ondan xəbər verir ki, sədr postuna yüksəlməyi çoxdan hədəfləyən Əvəz Qocayevə belə bir etimad göstərilməyəcək. Bunun səbəbi məlum olmasa da, Əli Hacıyevin sədr vəzifəsinə gətiriləcəyi ehtimalı yüksəkdir.
Qeyd edək ki, AAYDA, əvvəllər isə "Azəryolservis" ASC olan bu qurumun adı tez - tez korrupsiya, maxinasiya hallarında çəkilib. Xüsusən də Saleh Məmmədovla Əvəz Qocayev tandemi nəhəng mənimsəmlərdə, yeyinti faktlarında əsas fiqurlar olub. Mətbuatda hər ikisinin biznesi, əmlakları barəsində geniş informasiyalar var.(anxeber.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam