Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

ABŞ-dan KİYEVƏ “YAŞIL İŞIQ” -“Krımdakı bazalar Ukrayna üçün legitim hədəfdir”

Yenixeber.org: V.Nuland Karneqi Fondunda keçirilən onlayn diskussiyalardakı çıxışında Krımın bir daha Ukrayna ərazisi olduğunu xatırladaraq, yarımada ərazisindəki Rusiya hərbi bazalarının Ukrayna Ordusu üçün legitim hədəflər olduğunu bəyan edib: “Mən əvvəlcədən ukraynalıların harada savaşmağı düşündüklərini, Krımla bağlı yaxın, orta və uzaq perspektivdə hansı qərar verəcəklərini qiymətləndirə bilmərəm. Ancaq biz bəyan edirik ki, Krım Ukraynadır”.

Ardınca, Nuland deyib ki, Rusiya Krımı işğal edəndən sonra yarımadanı Ukraynaya qarşı işğalçılıq müharibəsində nəhəng hərbi bazaya, platsdarma çevirib və ondan hazırda Ukraynada davam edən müharibədə istifadə edir.

Ona görə də Krımdakı Rusiya hərbi bazalarını Ukrayna Ordusu üçün legitim hədəflər hesab etmək olar. Nuland onu da əlavə edib ki, “Krım ən azı demilitarizasiya edilməsə” Ukraynanın gələcək təhlükəsizliyinə təminat olmayacaq.

O, həmçinin qeyd edib ki, ABŞ Ukraynaya təkcə hazırda döyüşmək üçün deyil, müharibədən sonra öz müdafiəsini etibarlı şəkildə təşkil etmək üçün hərbi yardım göstərmək niyyətindədir.

ABŞ-ın yüksək rütbəli rəsmisinin bu açıqlamaları Kremldə böyük narazılığa səbəb olub. İlk olaraq Rusiyanın ABŞ-dakı səfirliyi Nulandın bəyanatına reaksiya verib. Səfirlik bildirib ki, Nulandın dedikləri ABŞ-ın Ukraynadakı müharibədə birabaş iştirakını təsdiqləyən bəyanatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam