Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Niyə İrana yox, Türkiyəyə yardıma qaçdınız?" -Erməni deputat

"Niyə İrana yox, Türkiyəyə yardıma qaçdınız?"    -Erməni deputat   
Türkiyədə minlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ bəzi erməni siyasətçilər tərəfindən sevinclə qarşılandı. Əsasən radikal müxalifəti təmsil edən ermənilər hətta hakimiyyətin yardım təkliflərinə də kəskin şəkildə reaksiya verirlər.
Yenixeber.org: Məsələn, parlament müxalifətinin nümayəndələri təbii fəlakət kontekstində Ermənistan hakimiyyətinin davranışını tənqid edirlər.
“Hayastan” fraksiyasının təmsilçisi Aqvan Vardanyan bu gün jurnalistlərə verdiyi açıqlamada deyib ki, hakimiyyətin Ankara ritorikasını qəbul edə bilmir. O, Türkiyənin 44 günlük müharibədəki rolunu, Azərbaycana dəstəyini xatırladıb və İrəvanın bunu unutduğunu iddia edib.
"Aydın məsələdir ki, təbii fəlakət baş verib, insanlar, o cümlədən uşaqlar ölüb. Amma Türkiyə ilə bağlı qərar verəndə bir müddət əvvəl özünüzün bəyan etdiyiniz sözləri xatırlamalısınız. Ən azı bir növ prinsipiallıq olmalıdırmı? Eyni hadisə İranda oldu, bu ölkədə də zəlzələ baş verdi. Amma onların (hakimiyyət orqanlarının - red.) hətta başsağlığ verməsini belə xatırlamıram”, - deyən Vardanyan Ermənistan rəhbərliyini “türklərə satılmaqda” ittiham edib.
Vardanyan İrəvanın 44 günlük müharibədən sonra Ankara ilə münasibətləri normallaşdırmaq siyasətini ümumiyyətlə qəbuledilməz və qüsurlu sayıb.
Xatırladaq ki, bu gün İrəvanın axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Türkiyəyə 27 xilasedici göndərdiyi məlum olub. Fevralın 7-də isə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, zəlzələ ilə bağlı ona başsağlığı verib.
Maraq üçün qeyd edək ki, Robert Koçaryana yaxınlığı ilə seçilən və daşnakların əsas kadrlarından olmuş Vardanyan Azərbaycanın çörəyi ilə böyüyüb. O, Naxçıvanın Şahbuz rayonunda anadan olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam