Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

“HÜCUMLARDA İŞTİRAK ETMƏMİŞİK...” –Pentaqondan İran açıqlaması

Yenixeber.org: Bu gün Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın İrandakı zərbələrdə iştirak etmədiyini bildirib. Rayder əlavə şərh verməkdən imtina edib. Adları çəkilməyən ABŞ rəsmiləri agentliyə deyiblər ki, ABŞ İranın İsfahan şəhərindəki hərbi zavoda pilotsuz təyyarə ilə hücumda iştirak etmir.

“Al Arabiya” telekanalının Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, İsfahandakı hərbi zavoda hücumda ABŞ Hərbi Hava Qüvvələrinin əli ola bilər.

Yanvarın 28-i axşam saatlarında İsfahanda güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. “Al Arabiya” telekanalı adı açıqlanmayan “İsrail mediasına” istinadla İsrailin İrana qarşı hərbi əməliyyata başlaması barədə məlumat yayıb.

İRNA agentliyi mənbələrinə istinadən yazıb ki, İsfahandakı müdafiə departamentinin obyektinə hücum kiçik bombalarla təchiz edilmiş üç müasir kvadrokopterdən istifadə edilərək həyata keçirilib.

İsfahan İranın ən böyük şəhərlərindən biridir, əhalisinin sayına görə üçüncüdür. Bu şəhər İranın qədim paytaxtlarından biridir, böyük sənaye və mədəniyyət mərkəzidir. Bundan əlavə, İsfahan eksperimental nüvə reaktoruna və nüvə yanacağının istehsalı üçün infrastruktura malikdir. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam