Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Nüvə silahı yaratmaq üçün İran şahına yardım edən Amerika:Niyə bu gün ayətullahlar hədəfə alınıb? – Araşdırma


Alla Yaroşinskaya, fəlsəfə elmləri namizədi, politoloq

 rosbalt.ru, 15.05.2018

 

İran və ABŞ, haradasa, son 50 ildə bir neçə dəfə “sevgidən nifrətədək və əksinə” adlı siyasi tamaşa oynayıb. Onların “roman”ı 1970-ci illərdə şah Məhəmməd Rza Pəhləvinin idarəçilik dönəmində xüsusən coşğun inkişaf edib. Xatırladım ki, Amerika o zaman İranda nüvə energetikasının uzunmüddətli inkişafı proqramına dəstək üzrə bütün Yaxın Şərqdə ən güclü planlarla doluydu.

Yenixeber.org: Amma on illər keçəndən sonra məlum olduğu kimi, Vaşinqtonu təkcə İranın dinc atomu həvəsə gətirməyib. 1975-ci ildə “Nüvə araşdırmaları sahəsində ABŞ və İran arasında əməkdaşlıq haqda” 292 saylı məxfi Memorandum hazırlanıb. Onu ABŞ-ın o zamankı dövlət katibi, İranla sazişləri Amerikanın  “General Electric” və “Westinghouse” korporasiyaları ilə (digər önəmli şəxslərlə yanaşı) irəlilədən Henri Kissincer imzalayıb. Bu müqavilələr Tehranın özünə plutonium və zənginləşdirilmiş uran təşkil etmək imkanı verib. Lakin, “Rosbalt”ın artıq yada saldığı kimi (Yeltsinin “İran qalaqurması” məqaləsi),  Tehranda hakimiyyət dəyişilən kimi İran-ABŞ sevgisi soldu və yeni liderlər Ştatları “böyük şeytan” (İsraili isə “bala şeytan”) adlandırmağa başladılar.

2005-də Böyük Britaniya, Fransa və Belçika xüsusi xidmətlərinin Qərb mətbuatına “sızan” hesabatına görə birdən məlum olub ki, İranın öz hərbi nüvə proqramı var. Rusiya ekspertlərinin  dəyərləndirdiyinə görə, “İran abidləri” onu yaratmaq qərarına 1990-cı illərin əvvəlində gəliblər. Buna Pakistanın məşhur alimi, İslamabadın nüvə bombasının “atası” Əbdül Qadir Xan əl bulayıb. 1995-ci ildə məhz Xanın yardımıyla Pakistanda 500 P-1 sentrifuqası alınıb və İranda yığılıb. Bunlar yüksəkzənginlikli uran toplamaq üçün nəzərdə tutulmuşdu. Hər şeyə əsasən, Avropanın üç ölkəsinin kəşfiyyatları səhv etməyib, İranın texniki mütəxəssislərinin yüksək səviyyəsini müəyyən edib. Ayətullahlarrn artıq özləri çox tezliklə sentrifuqa istehsalına başlayıblar.

MKİ-nin 2005-ci il dəyərləndirməsinə görə, hərbi nüvə qurğusu hazırlamaq üçün İrana 10 il lazım gələrdi. London strateji araşdırmalar İnstitutu beş il deyib. Düzdür, ABŞ döblət katibi Kolin Pauellin BMT-də İraqın nüvə silahı hazırladığı və onu cəzalandırmağın gərəkdiyinə (və praktik olaraq bütün ölkəni xaraba qoyaraq cəzalanmdırdılar, amma orada heç bir NS tapmadılar)  inandıraraq silkələdiyi sınaq şüşəsi nəzərə alınsa, bu cür proqnozları çoxları süzgəcdən keçiriblər.

Amma 2006-2007-ci illərdə İrana hücum ideyası Amerika havasından asılıydı. Məşhur publisist Seymur Hirş “The New Yorker”-də dərc edilmiş “Qarşıdakı müharibələr. Pentqanonun məxfi işləri” məqaləsində yazıb: “Xüsusi xidmətlərin keçmiş yüksəkçinli  əməkdaşları müsahibədə mənə dəfələrlə təkrarlayıblar ki, növbəti hədəf İrandır”.

Öz növbəsində İran KİV-lərinin məlumat verdiyi kimi, farslar “MKİ-nin kəşfiyyat məlumatı toplayan yüzlərlə agentini” həbs ediblər. Seymur Hirş güman edir ki, İrana potensial zərbələr üçün hədəflərin dəqiqləşdirilməsi bu haqda bir sıra məxfi sərəncamlar imzalamış Buşun sanksiyaları ilə aparılıb. Hətta Hirş hesab edir ki, ABŞ İrana təkcə zərbə endirməyəcək, həm də bu zaman nüvə silahı işlədəcək. O, “İrana nüvə hücumu üçün hazırlıq və bunun arxasında duran qaynar “nüvə” qafaları” məqaləsində prezidentin NSPD 35 saylı məxfi direktivini “Nüvə silahının işlədilməsinə razılıq” adlandırıb. Hirş əmin idi ki, “İrana nüvə zərbəsi üçün gərəkən hər bir element indi artıq səflənib və hazırdır”.

Qərb mətbuatının başqa məlumatlarına əsasən, “İran azadlığı” adlı o zamankı əməliyyat dörd ilə hazırlanıb. Amerika eksperti Vilyam Arkinin fikrincə isə, “Global Strike” (“Kürəsəl zərbə”) planı mövcud idi və İran probleminin hərbi həlli bu çərçivəyə sığdırılmışdı.

Corc Buş

 

Britaniyanın “The New Statesman” dərgisi həmin günlərdə yazıb: Amerika generalları əmindirlər ki, ABŞ ərazisindəki hərbi bazadan İrana gələrək “İran ərazisində təkcə bir basqın ərzində, ən azı, 10 000 hədəfi məhv edə bilərlər”. Bir neçə saat ərzində iranlıların öhdəsindən gəlmək nəzərdə tutulurdu.

Lakin on ildən çox bundan qabaq bu ssenari belə də kağız üzərində qaldı. Görünür, ABŞ o vaxtlar İraqda və digər bölgəsəl münaqişələrdə onsuz da “palçığa batdığına” görə. Və üç-beş min  kilometr radiusda hədəfə çatan “Şahab” ballistik raketləri olan İran (Şimali Koreya yardım etmişdi) İraq deyil, efirdə yüngül gəzinti baş tutmaya da bilər. Dünya birliyinə (Tehranda növbəti hakimiyyət dəyişikliyindən sonra) səkkiz il lazım gəldi ki, nəhayət, iranlılarla xoşluqla anlaşsın. Tehran və “altılıq” (BMT TŞ-nin daimi üzvləri – Rusiya, Çin, Fransa, Böyük Britaniya, ABŞ və habelə Almaniya)  2015-in iyulunda “Birgə əhatəli fəaliyyət planı”nı imzalayıb. Bu, İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində BMT, ABŞ və Avropa Birliyinin onun üzərindəki iqtisadi və maliyyə sanksiyalarını götürüb. İranlıların öhdəsinə uran və silah plutoniumu ehtiyatlarını 97% (10 000 kq-dan 300-ə qədər) azaltmaq qoyulmuşdu. (Uranı yalnız 3,67% zənginləşdirməyə icazə verilib, çünki 20%-ədək zəngiləşdirilən uran araşdırma və sınaq reaktorlarında, 90%-ə qədəri nüvə silahı üçün işlədilir. Sentrifuqaların sayını 20 000-dən 5 000 qədər azaltmaq nəzərdə tutulub, amma iranlılar 50 000-ə təkid ediblər). Təbii ki, onların nüvə obyektləri müşahidə altına götürülüb və ən cüzi hərbi sürüşümə istisna olunub.

Barak Obama

Əvəzində İrana sərt məhdudiyyətlər yumşaldılıb. ABŞ (Obamanın dövründə), demək olar, 40 fiziki şəxsdən, 400-ə yaxın müəssisədən, onlarla təyyarədən və tankerlər daxil olmaqla yüzlərlə gəmidən sanksiyaları götürüb. Xarici banklardakı “dondurulmuş” hesablar və aktivlər açılıb, İran nefti almağa, yatırımlara, neft sənayesi üçün qabaqcıl texnologiyalar tədarükünə yasaq götürülüb. SWIFT beynəlxalq hesablaşma sisteminə çıxış da iranlılara qaytarılıb.

Amma musiqi çox çəkməyib:  sanksiyaları götürən ABŞ bir anda yenilərini elan edib – ballistik raketlər yaratmaq proqramı üzündən. Və budur – yeni dönüş. Heç üç il keçməyib, İranla bağlı durum isə artıq Buşun delavyusuna çevrilir. Müqaviləni imzalayan dövlətlərin müqavimətinə baxmayaraq ABŞ “nüvə sazişi”ndən çıxıb. Tramp bununla yanaşı bildirib ki, İran guya nüvə silahı hazırlamağı gizlicə davam etdirərək bütün dünyanı aldadıb. İran cavabında əmin edir ki, hərbi proqrama dönmək hüququnu özündə saxlayır. Prezident Həsən Ruhani deyib: “Biz müdafiə üçün gərəkən qədər silah və raket yaratmağı  davam etdirəcəyik”.

Con Bolton

 

Və budur, Vaşinqton artıq özünün siyasi pinq-ponquna başlayıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton bu günlərdə CBStelekanalının efirində bildirib: “Düşünmürəm ki, bu nüvə sazişindən çıxmaq ABŞ-ı İranla savaşa yaxınlaşdırıb. İran İraq və Suriyada düşmənlik fəaliyyəti göstərməklə bizi müharibəyə yaxınlaşdırıb. İranın bölgədə təcavüzkar militarist davranışı gerçək təhlükədir”.

Amerikanın “The National Interest” dərgisi “Tramp İranla savaşa başlayacaqmı?” məqaləsində oxucuya açıqlayır ki, “yeni” Con Boltonun arxasında “köhnə”si durur: “Con Bolton 2015-də nüvə cəbbəxanası yaratmaq yolunda İranı dayandırmaq üçün aydın plan şərh edib”.

Yöndəmsiz həqiqət bundan ibarətdir ki, – nəşr Boltondan sitat gətirir, – İsrailin 1981-də İraqda Səddamın Osaka şəhərindəki reaktoruna hücumu, yaxud Şimali Koreyanın 2007-də layihələşdirdiyi və inşa etdiyi Suriya reaktorunun məhv edilməsi kimi hücumlar, yalnız hərbi əməliyyat tələb olunanı yerinə yetirə bilər, vaxt dəhşətli dərəcədə qısadır, amma (İrana) zərbə hələ də uğurlu ola bilər”.

Amma o vaxt adlı-sanlı respublikaçının bu günki kimi səlahiyyəti yox idi. “The National Interest” qeyd edir ki, Tramp dövlət katibi Reks Tillersonu və milli təhlükəsizlik üzrə keçmiş müşavir MakMasteri “mətin qırğılar”la – Maykl Pompeo və Con Boltyonla əvəzləyib. Bu gün Qərbin, demək olar, bütün mətbuatı bu başdan (İsrailin iştirakıyla) ABŞ-a İranla və ümumən Yaxın Şərqdə böyük müharibə xəbəri verir. Hələlik heç kim mümkün hərbi toqquşmanın kürəsəl nəticələrini öncədən söyləməyə girişmir. Amma, mənə göründüyü kimi, şübhə yoxdur ki, Amerika “qırğılar”ı İranın ehtimal edilən və on ildən çox bundan əvvəl İrana hücum hazırlığı zamanı KİV-lərə “sızan” hədəflərin üzərindən tozu artıq çırpıblar.

İranın “Şahab” ballistik raketi

 

Onda hədəflərə birinci növbədə uranın zənginləşdirilməsi üzrə Natantsdakı zavod, Yəzd şəhərciyi ətrafındakı Səghənddə uran şaxtaları, İsfahandakı uran mərkəzi, Ərakdakı ağır su istehsalı zavodu, Tehran araşdırma mərkəzi, Buşəhr AES, habelə Karay və Ənarak yaşayış məntəqələri yaxınlığındakı radioaktiv tullantılar zavodu, Kalaydakı elektrik şirkəti, molibden və yod izotopları zavodu və s. aid edilib. Yəqin ki, bütün bunlar saziş bağlandıqdan sonra üç ildə heç hara yox olmayıb.

İranın birinci növbədə qanadlı “Şahab” raketlərinin mənzilləndiyi yerlər, “xüsusi xidmətlərin komanda, nəzarət və kommunikasiya obyektləri”, aviabazalar da məhv edilmək üçün buraya daxil edilmişdi.

Elektrik stansiyaları, dambalar, magistrallar və körpülər, mülki aeroportlar, hökumət binaları, dəmiryolları hücumun ikinci eşelonuna yazılmışdı.

Bundan savayı, Qərb KİV-ləri 2006-2007-ci illər azğınlığının qızğın çağında göstərib ki, amerikalıların ABŞ-dan uçub gələrək İran hədəflərini “götürmək” üçün xeyli vaxt itirməyə ehtiyacı olmayacaq. İsrailin “The Jerusalem Post” qəzetinin Gürcüstan XİN məmuruna isnadən xəbər verdiyi kimi, ABŞ o zaman İrana zərbə üçün bu ölkədəki aerodrom və hərbi bazalardan faydalanmağa güvənirdi. Saakaşvili Gürcüstanda artıq iş başında olmasa da, lazım gələrsə, indi də heç kim bu cür “xırda iş”ə görə ABŞ-a potensial tərəfdaşdan xahiş etməyə mane ola bilməz. Lakin bunların hamısı ehtimal olunan ssenarilərdən yalnız biridir.

Və sonuncusu. Vaşinqton Avropadakı müttəfiqlərilə dalaşmaq riskiylə bu ümumdünya cocumasına niyə başlayıb? Tanış amerikalı, başı yaxşı işləyən analitik bu sualı mənə cavablandırıb: “Hökumətdən ABŞ-ın kimləsə vuruşmağa hazırlaşdığını eşidəndə, ya mətbuatdan oxuyanda bir anda düşünürəm ki, yəqin, bu ölkədə çoxlu neft və qaz var. Təbii resurslar xəritəsinə baxıram. Ehtimallarımda hələlik bir dəfə də səhv etməmişəm”.

Xülasə, yeni heç nə yoxdur – resurslar və dünyaya ağalıq uğrunda mübarizə. Tramp özünün seçiqabağı vədini yerinə yetirir: “Make America great again!”(“Amerikanı yenidən böyük edək!”-tərc.) Görünür, burada məqsəd istəniən vasitəyə haqq qazandırır – hətta müharibəyə də.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam