Zəlzələdə ölənlərin sayı ARTIR
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2200 nəfəri ötüb.
Yenixeber.org: Bu barədə Taliban hökuməti məlumat yayıb.
Qeyd edək ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin episentri təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazilərdə hiss olunub.