Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rus əsgəri torpağımıza əbədi yerləşdi” iddiasına “2 il sonra...” cavabı

 

Prezidentin mövqeyi çoxdan bəri gedən diskussiyalara son qoydu; 2025-ci ildə...; Ermənistan və Qərbdəki himayədarları indi də növbəti varianta əl atmağa çalışırlar

Yenixeber.org: “Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa, heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar”. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, - deyə İ.Əliyev bəyan edib.

Məlum olduğu kimi, 2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat açıqlandıqdan dərhal sonra Qarabağda və Laçın dəhlizində yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti “5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Azərbaycan Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsinin “müvəqqəti olduğunu” bəyan edib. Son bir ildə onların fəaliyyəti həm “ümumi razılıq”, həm də tənqidlərlə ifadə olunub. Azərbaycan tərəfi sülhməramlıların mandatı ilə bağlı hələlik heç bir sənəd imzalamayıb. Sülhməramlıların bölgədə yerləşməsindən sonra xüsusilə İrəvanda bu missiyanın az qala həmişəlik olması arzusunu dəfələrlə dilə gətiriblər. Ötən il Soçidə baş tutan görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasında maraqlı tərəf kimi çıxış etdiklərini bildirib. “Biz Rusiya sülhməramlılarının Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Qarabağda mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram. Rusiya Prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm, amma Rusiya Prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının bir müddət orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik”. Qarabağdakı separatçı rejim də Rusiyanın Qarabağda müddətsiz qalmasını istəyir. Separatçılar Rusiya sülhməramlı qüvvələrinin missiyasının müddətsiz uzadılmasını, bunun “həyati əhəmiyyət” kəsb etdiyini vurğulayıblar. Rusiyanın davranışları isə göstərir ki, Kremldə dünyada yaranmış indiki reallıqlar fonunda növbəti 5 il üçün rus sülhməramlılarının bölgədə qalıb-qalmaması haqda o qədər də düşünmürlər. İrəvan və Xankəndi isə belə hesab edir ki, sülh danışıqlarını uzatmaq, Qarabağda daima gərginlik yaratmaqla Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində qalmasını uzatmaq olar. Prezident Əliyev diplomatik dildə Ermənistanı və Qarabağ ermənilərini buna ümid etməməyə çağırdı. Bu həm də ölkə daxilində bəzi qüvvələrin “Rusiya yenidən əbədi Azərbaycana yerləşdi” kimi iddialarını dağıtmış oldu. Ümumilikdə Prezidentin mövqeyi çoxdan bəri gedən diskussiyalara son qoydu, 2025-ci ildə rus hərbçilərinin Qarabağ fəaliyyəti başa çatacaq!

Qeyd edək ki, son günlər Ermənistan rəhbərliyinin Rusiyaya qarşı sərt mövqeyi silsilə xarakteri alıb. Bu ölkənin KTMT təlimlərindən imtina etməsi, Nikol Paşinyanın Rusiyanın Gümrüdəki qoşunlarını Ermənistanın təhlükəsizliyinə təhdid adlandırması - artıq Zaxarova səviyyəsində Moskvadan cavab gəlib - eyni zamanda rəsmi İrəvanın Rusiya əleyhinə tənqidlərini davam etdirməsi Azərbaycan üçün əlavə fürsətlər yaradır. Amma təbii ki, bizim ölkənin də milli maraqları var və bu maraqlara təhdid sayıla biləcək variantlardan imtina dövlət siyasətinin prioritetlərindəndir. Xüsusilə də Qarabağda müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin öz missiyasını normal icra etməməsi, hətta Ağdərədə qanunsuz istismar olunan mədənlərimizdə monitorinq aparılması imkanını yaratmaması bu kontingentlə bağlı səbrimizi daşırmaqdadır. Lakin belə görünür ki, ölkə rəhbərliyi təmkinlə anlaşmanın sonunadək gözləməyə qərarlıdır. Sülhməramlıların müddətinin növbəti beşillik üçün uzadılacağına isə artıq Rusiyanın özündə də inanmırlar. Yeri gəlmişkən, KTMT sülhməramlılarının Qarabağa gətirilməsi ilə bağlı Paşinyanın absurd təşəbbüsünə cavab olaraq Rusiyadan bildirildi ki, bunun üçün Azərbaycan tərəfin razılığı lazımdır. Yəni Azərbaycanın bölgədə söz sahibi olduğu etiraf olunur. Bu mənada ölkə başçısının son mesaj və xəbərdarlıqları da şübhəsiz ki, ünvanına çatacaq, “qonaqlar” geri dönmək üçün tədarüklərini görəcəklər. Perspektivlə bağlı ekspertlərimizin gözləntilərini soruşduqda, maraqlı cavablar aldıq.

“Prezident İlham Əliyevin yerli kanallara verdiyi intervüdə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətləri ilə bağlı açıqlamasından gəldiyim nəticə budur ki, biz onların 2025-ci ildə oranı tərk etmələrini istəyirik və bununla bağlı mövqeyimiz qətidir”.

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

 Sahib Alıyev

Deputat Sahib Alıyev bunu açıqlamasında söylədi. Əlavə etdi ki, həm də dövlətimizin mövqeyi nəinki qətidir, bu haqda qarşı tərəfə də artıq xəbərdarlıq edilib: “Elə məhz buna görə də sümsük Ruben Vardanyanın Qarabağa göndərilib ki, o, orada Rusiya hərbi kontingentinin qalma müddətinin uzadılması üçün şərait yaratsın. Ancaq onu ora göndərənlər də, İrəvandakılar da görürlər ki, Vardanyan bu missiyanı yerinə yetirə bilməyəcək. Ona görə də Ermənistan və ondan geosiyasi alət kimi faydalananlar, ilk növbədə də qərbdəkilər Qarabağa beynəlxalq qüvvələrin yeridilməsi məsələsini aktuallaşdırmağa çalışırlar və onların gələcək fəaliyyətləri daha çox məhz bu yöndə olacaq”.

S.Alıyev bunu da xüsusi qeyd etdi ki, BMT mandatı altında bir ölkəyə iki halda beynəlxalq qüvvələr gətirilə bilər: “Birinci halda torpağına beynəlxalq qüvvələr yeridiləcək ölkənin özü buna izn verməlidir, yaxud da onun razılığı olmadan BMT Təhlükəsizlik Şurası belə bir qətnamə çıxarmalıdır. Ölkə isə iki halda buna izn verir. Birincisi, beynəlxalq qüvvələrin yeridilməsinin nəzərdə tutulduğu torpaqlarda özü təkbaşına təhlükəsizliyi təmin etmək gücündə deyil, yaxud da o ölkənin rəhbərliyi xarici təsirlərə yatımlıdır. Azərbaycan Prezidentinin polad iradəsini, necə bir qətiyyətli lider olduğunu və bizim Qarabağdakı qüvvələrin oradakı hər bir təhlükəni çox qısa bir zamanda aradan qaldıra biləcəyini nəzərə alsaq, sözügedən variant mümkünsüzdür. Və aydındır ki, Qarabağ məsələsinin beynəlmilləşdirilməsinin nə dərəcədə ağrılı proses olduğunu keçmiş Minsk Qrupu həmsədrlərinin xudbincəsinə davranışlarından yaxşı bildiyimizdən biz ora hansı ad altında olur-olsun beynəlxalq qüvvələrin yeridilməsinin qəti əleyhinəyik. Az öncə vurğuladığım kimi, buna ehtiyacımız da yoxdur”. S.Alıyevin sözlərinə görə, ona görə də haylar da, onlardan geosiyasi alət kimi istifadə edənlərin də bir hissəsi, ilk növbədə də qərbdəkilər Qarabağda guya hayların dözülməz şərait, etnik təmizləmə təhlükəsi ilə üzləşdikləri görüntüsü yaratmağa çalışırlar: "Onlar çalışacaqlar ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycandan iznsiz ora beynəlxalq qüvvələr yeritmək haqqında qətnamə qəbul üçün əldə əsas olsun". Deputat vurğuladı ki, Fransanın dekabr ayında BMT-dəki səyləri bu yöndə edilən, fəqət fiaskoya uğrayan cəhdlərdən biri idi: “Dediyim kimi, gələcəkdə də belə cəhdlər olacaq. Ancaq Azərbaycanın yeritdiyi effektli xarici siyasət, vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın yolundakı aksiyaları kimi incə davranışlar, uğurlu yumşaq güc tətbiqi bunu deməyə əsas verir ki, haylarla havadarlarının bu niyyətləri də niyyət olaraq qalacaq”.

Üzeyir Cəfərov:

Uzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Uzeyir Cəfərov isə qeyd etdi ki, bu məsələ ilə bağlı mövqeyi qətidir: “Şəxsən mənim üçün hər şey gün kimi aydındır. Azərbaycan siyasi rəhbərliyinin Rusiya sülhməramlı kontingenti ilə bağlı qərarı qətidir. Bu qəti qənaətimi isə mən ona görə əminliklə dilə gətirirəm ki, ölkə başçısı ermənilərə, onlara havadarlıq edənlərə konkret mesajlarını söylədi. Paşinyanın hiyləbazlığı, separatçıların bütün ümidlərini guya sülhməramlı qüvvələrin bölgədə uzun müddətə yerləşəcəklərinə, bu müddət ərzində isə Ermənistanın və Rusiyanın, Fransanın dəstəyi ilə separatçıların, güc toplayacaqlarına ümid bəsləmələri də, sadəcə, özünü aldatmaqdan başqa bir şey deyil. Ona görə də ermənilərin düşünməsinə və düzgün qərar verməsləri üçün eleə də çox vaxtları qalmayıb”. Polkovnik hesab edir ki, Prezident son dövrlər bu qədər açıq və ciddi şəkildə bölgənin gələcək taleyi ilə bağlı mesajları dilə gətirməmişdi: “Artıq 2023-cü il də sürətlə irəliləyir və hər ötən gün ermənilərin ciddi qərar qəbul etmələri üçün bir pəncərədir, fürsətdir. Dəyərləndirəcəklər, uduzmazlar, vaxtı boşuna yola versələr, yenə Azərbaycan Ordusunun gücünü, özü də daha sərt gücünü üzərlərində hiss edəcəklər. Bu günə kimi biz Ermənistana da, ona havadarlıq edən bəlli və gizli qüvvələrə də bir neçə dəfə zaman tanımışıq. Onlar isə bundan çox sui-istifadələr etməklə vaxt udublar. 2020-ci ilin 44 günlük Zəfər savaşımızı tez bir zamanda yaddan çıxaran haylar 2022-ci ilin sentyabrında daha ağır formada bədəl ödəməli oldular. Hesab edirəm ki, 3-cü, sonuncu zərbəyə ehtiyac yaranacağı təqdirdə, fəlakətin miqyası erməni ağılsızları üçün daha sarsıdıcı və rüsvayçı olacaq. Onlar müxtəlif hiyləgərliklə vaxt uzatmaqla guya nəyəsə nail olacaqlarını özləri üçün uğursuz yol seçiblər. Perspektivi olmayan bir xülyaya özlərini kökləməklə Ermənistanın özü də, ona havadarlığ edən dövlətlər də sonda reallıqla barışmalı olacaqlar”.“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam