Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bayden ABŞ-a qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq niyyətindədir

 

Co Bayden ABŞ-a qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yeni tədbirlər açıqlayıb. O, Mərkəzi Amerikadan gələn miqrantları Amerika sərhədinə sənədsiz getməməyə çağırıb.

 “Yenixeber.org” “rus.delfi.lv”-yə istinadən verdiyi xəbərə görə,  "Siz sadəcə sərhəddə görünməməlisiniz", - deyə Bayden Ağ Evdə çıxışı zamanı xəbərdarlıq edib. Prezidentin sözlərinə görə, ABŞ-a quru yolu ilə qeyri-qanuni daxil olmağa çalışan miqrantlar bundan sonra ardıcıl olaraq, deportasiya olunacaqlar.

Bayden etiraf edib ki, siyasi vəziyyəti nəzərə alaraq, təhlükəsizlik baxımından miqrantları mənşə ölkələrinə deportasiya etmək çətindir.

Eyni zamanda o qeyd edib ki, Meksika hər ay 30 min belə qeyri-qanuni miqrantı qəbul etməyə hazırdır. Bayden çıxışında Ağ Evin eyni zamanda Kubadan,  Haitidən, Nikaraqua və Venesueladan gəlmək istəyənlərin immiqrasiyasını asanlaşdırmaq istədiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam