Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

“AZƏRBAYCANA MÜHARİBƏ ELAN EDƏK?” -Ermənilər və “sülhməramlılar” pat vəziyyətində

Belə görünür ki, hətta Azərbaycan və Rusiya ölkə başçılarının telefon danışığı da məsələnin həllinə gətirib çıxarmayıb. Aksiya isə mürəkkəb hava şəraitinə rəğmən davam edir və nəticədə həm ermənilər, həm də rus hərbi kontingenti pat vəziyyətindədir.

“AzPolitika.info” xəbər verir ki, artıq Ermənistanda və separatçı qurumda vəziyyətdən çıxış yolları axtarılır və bu zaman ciddi fikir ayrılıqları yaranır. Belə ki, separatçılardan fərqli olaraq, Ermənistan hakimiyyəti Azərbaycana qarşı hansısa radikal addımlar atmaq barədə çağırışlardan yayınırlar.

Məsələn, Ermənistan parlamentinin hakim partiyadan olan üzvü Qaqik Melkonyan deyib ki, Ermənistan Laçın dəhlizində yaranan situasiyaya müdaxilə edə bilməz və “bu, Ermənistanın işi deyil”.

Hakim partiyadan olan Ovik Ağazaryan isə Qarabağdakı separatçılara xitabən deyib: “Qarabağ erməniləri Ermənistan hökumətindən nə istəyirlər? Biz nə edək, Azərbaycana müharibə elan edək?”.

Bununla da Nikol Paşinyanın sözünü deyən hakim partiya təmsilçiləri bütün məsuliyyəti rus sülhməramlıların üzərinə atır və Ermənistanın bu məsləyə qarşımasının əleyhinə olduqlarını göstərirlər.

Rusiya hərbi kontingenti isə hələlik susur, nə Azərbaycanın qanuni tələblərini yerinə yetirə, nə də aksiyaya müdaxilə edə bilir və bununla da gerçəkdən sülhməramlı missiyasını yerinə yetirəcək səlahiyyətə və peşəkar keyfiyyətlərə malik olmadığını bir daha ortaya qoyur.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam