Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qafqaz uğrunda, yoxsa sülhü pozmaq uğrunda yarış -Azərbaycanla müqavilə mətnini kim hazırlayacaq?

Rusiya və Qərb arasında vurnuxan, ağalarından gələn təlimatlara uyğun davranan Ermənistan rəhbərliyi yenə valı dəyişdi...

Yenixeber.org: Rusiya və Qərb (ABŞ və Aİ) arasında Ermənistan-Azərbaycan danışıqlarında moderatorluq uğrunda rəqabət qızışır. Əfsus ki, bu rəqabətin regionda daimi sülhə, barışığa ən axırıncı dəxli var. Xüsusən də Moskvanın Qərbin moderatorluğuna olduqca qısqanc, hətta qəzəbli yanaşması, eyni zamanda özünün hələ də masaya realist, optimal bir sənəd qoya bilməməsi, əksinə, məkrli məqsədinə çatmaq üçün Qarabağda separatçılarla riskli oyunlar oynaması vəziyyəti daha da qəlizləşdirir.

İki gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Moskva Qərbin Rusiya ilə Ermənistan arasında gərginlik yaratmaq üçün israrlı cəhdlərini görür və bütün məsələləri İrəvanla vicdanla və səmimi ünsiyyət şəraitində həll etməyə davam edəcəyinə ümid edir. Onun sözlərinə görə, Moskva Qərbin Rusiya-Ermənistan dostluğuna zərbə vurmaq cəhdlərini izləyir. “Biz son vaxtlar respublikada Vaşinqton və Brüsseldən olan emissarların, eləcə də hakimiyyəti və əhalini Rusiyaya qarşı qoymağa çalışan hər cür qərbyönlü strukturların necə fəallaşdığını görürük, amma əslində onlar Ermənistanın milli maraqlarına qarşı fəaliyyət göstərirlər”, - Qonçar deyib.

Diplomat ardınca bildirib ki, Avropa İttifaqı və NATO Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. İddia edib ki, Qərb dövlətləri israrla Rusiyanın Ermənistan və Azərbaycan arasında apardığı danışıqlara müdaxilə etməyə çalışır. “Brüssel və Vaşinqtonda başqa cür təsəvvür yaratmağa nə qədər cəhd etsələr də, bunun arxasında Rusiyanı Güney Qafqazdan sıxışdırmaq istəyi dayanır, nəinki regionda sülhün və sabitliyin bərqərar olmasına həqiqətən və səmimi şəkildə kömək etmək”, - rusiyalı diplomat vurğulayıb və əlavə edib ki, Brüssel və Vaşinqtonda hətta Rusiyanı müsbət mənada xatırlamaqdan və üçtərəfli danışıqların (Bakı-Moskva-İrəvan) əhəmiyyətini etiraf eləməkdən belə qorxurlar.

Bu arada Ermənistan rəhbərliyinin yenidən “sülh qaranquşu” statusunda çıxış etməsi diqqət çəkir. “Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə regional dialoq formatının qurulmasını təklif edirəm”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

“İdeya yeni deyil və mən həmişə bunu dəstəkləmişəm”, - hökumət başçısı bildirib.

N.Paşinyan həmçinin vurğulayıb ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmunu və keyfiyyəti dəyişməlidir: “Bunun üçün sadə, amma vacib məsələlərdən başlamaq lazımdır”.

Beləcə, Rusiya və Qərb arasında vurnuxan, ağalarından gələn təlimatlara uyğun davranan Ermənistan rəhbərliyi yenə valı dəyişib. Xatırladaq ki, payızın ilk aylarında da Paşinyan ilin sonunadək sülh müqaviləsinin imzalanacağının anonsunu vermişdi, lakin sonradan ağaları qulaqlarına nələr pıçıldadısa, gərginlik baş qaldırdı, ordumuza qarşı təxribatlar baş verdi və gərgin döyüşlər oldu. Sonrakı dönəmdə Paşinyan Makronun iştirakını Brüssel görüşü üçün şərt kimi irəli sürməklə də prosesi tormozlayan destruktiv addım atdı.

Bütün bunlar isə sülhə aparmır və şübhə yoxdur ki, Kreml və Qərb arasındakı rəqabətin məntiqi nəticəsi olan hadisələr baş verir. Cəhənnəmdən “səs-sorağı” gələn Minsk Qrupu adlı ölünü dirildə bilməyən paytaxtlar indi öz aralarında yarışmaya giriblər. Hər kəs Qarabağda öz mövcudluğunu təmin etməyə çalışır.

Amma ortaya suallar çıxır: bəs getdikcə daha da aqressiv xarakter alan Qərb-Rusiya “vasitəçilik” davası daha nə qədər sürəcək və nə ilə bitə bilər? Bölgəyə faydası-ziyanı nədir, Azərbaycanın addımları nə olacaq? İki güc mərkəzinin ziddiyyətlərindən milli mənafeyimiz naminə necə faydalanmaq olar?

Xatırladaq ki, keçən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, ilin sonunadək erməni həmkarı ilə daha bir görüşü baş tuta bilər. Ancaq o, görüş məkanı barədə heç nə söyləməmişdi. İndi gərginliyi tətikləyən qüvvələrin yenidən aktivləşməsi proqnozlaşdırılan görüşlərin də nəticəsini sual altına qoyur.

Milli Meclis: A Meeting with Peruvian MPs on Khojali Genocide

Sahib Alıyev

Deputat Sahib Alıyev bildirdi ki, Azərbaycan Ermənistanla normallaşma prosesi ilə bağlı ilk növbədə ona önəm verir ki, beynəlxalq normalara tam əməl edilsin, yəni bizim torpaqlarımızın hər qarışı üzərində suverenliyimiz tam tanınsın: “Kimin danışıqlara moderatorluq etməsindən asılı olmayaraq, bizim bu tələbimiz yerinə yetirilməlidir və yetiriləcək. Və təkcə ona görə yox ki, biz güclüyük, həm də ona görə ki, çox az hallarda rast gəlinən bir reallıq var, beynəlxalq hüquq da indi güclünün tərəfindədir. Hələ ötən əsrin sonlarından başladıqları "vasitəçilik yarışı"nı bu gün fərqli reallıqda davam etdirənlərdən hansı bunu daha tez anlasa, onun moderatorluğu da həlledici rol oynayacaq".

S.Alıyevin sözlərinə görə, Rusiyanın Qafqazdan sıxışdırılıb çıxarılması perspektivinə gəldikdə, bu, artıq həmin dövlətlə forpostunun problemidir: “Biz əgər Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılmasını istəsəydik, ötən ilin fevralında o gərgin günlərdə onunla müttəfiqlik haqda anlaşma imzalamazdıq. Cənab İlham Əliyevlə sayın Ərdoğan regionun bütün dövlətləri arasında qarşılıqlı faydaya dayanan "altılıq formatı" təşəbbüsü ilə çıxış etməzdi. Cənab Prezidentin də dəfələrlə bildirdiyi kimi, bizim siyasətimiz açıqdır. Və Moskvada da onu bilməmiş deyillər ki, rəsmi Bakı rəsmi İrəvan kimi, Rusiyanın burada mövqelərinin zəiflədilməsi yönündə gizli danışıqlar aparmır. Amma moskvadakılar anlamalıdırlar ki, geosiyasi reallıq dəyişib, Azərbaycanın maraqlarını görməzdən gəlməklə regionda möhkəmlənmək mümkünsüzdür".

Deputat qeyd etdi ki, Qarabağ məsələsi Rusiya-Ermənistan ikitərəfli əlaqələrinin gündəmindən tam çıxarılmalıdır: “Rusiyanın Qarabağdakı hərbi kontingenti və dələduz Ruben Vardanyan kimi ünsürlər də o sıradan. Qarabağda ancaq Azərbaycan Ordusu və Azərbaycan vətəndaşları olacaq, vəssalam”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirdi ki, Rusiya Qərbin Cənubi Qafqaz regionunda təmsil olunmağını istəmir: “Açıq-aydın görünür ki, rəsmi Moskva bütün provokasiyalardan istifadə edərək Qərb mərkəzlərinin regiondan sıxışdırılmağına nail olmaq istəyir. Eyni zamanda nə qədər sorosçular Ermənistanda hakimiyyəti ələ alsa da, Paşinyanın qorxaqlığından istifadə edən Rusiya rəsmi İrəvana təzyiq etməklə vəziyyəti gərginləşdirməyə çalışır. İndiki məqamda baş verən proseslər düşündürücüdür. Birincisi, Rusiya mümkün bütün vasitələrdən istifadə edərək Brüssel və Vaşinqtonun Azərbaycan və Ermənistan arasında vasitəçiliyini əngəlləməyə çalışacaq. Buna görə də Ermənistandakı əlaltılarından istifadə edərək yeni təxribatlar törədə bilərlər.

İkincisi, Qərb də prosesdə vahid mövqedən çıxış edə bilmir. Açıq-aydın görünür ki, Fransa Brüssel və Vaşinqtonun aktivliyini qəbul etmir. Fransa pərdə arxasında Rusiya ilə Ermənistanı qızışdırmaqla məşğuldur. Digər tərəfdən, proses hər bir halda Azərbaycan və Ermənistanın birbaşa təmaslarını artırması ilə nəticələnəcək".

T.İsmayılovun sözlərinə görə, vasitəçilər olan yerdə əlavə yozum və təxribatlar daim mümkündür: “Eyni zamanda bizə bəllidir ki, həm Fransa, həm də Rusiya prosesin müsbət məcrada inkişafına yardım etmir. Hər iki tərəf separatçılıq ünsürlərinin qalmağında birmənalı maraqlı görünür. Azərbaycan hər gecikən gün antiterror əməliyyatlarını yaxınlaşdırır. Çünki proses belə qala bilməz. Azərbaycan öz ərazilərində separatçı qalıqların qanunsuz fəaliyyətini qəbul edən deyil. Bu baxımdan Qərb və Rusiyanın Cənubi Qafqaz uğrunda geopolitik qarşıdurmasından özümüz üçün istifadə edə bilərik. Ən yaxın zamanda separatçılar dağıdılmalıdır. Xankəndi və ətrafından qanunsuz terrorçular rədd edilməlidir”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması şərtdir: “İkinci Qarabağ müharibəsindən iki il ötməsinə baxmayaraq, sülh prosesinə əsas zərbəni məhz Rusiya vurur. Cənubi Qafqaz uğrunda rəqabətin yeni mərhələyə qədəm qoyması Moskva və Vaşinqton arasında iki ölkə arasında vasitəçilik uğurunda yarışın başlaması ilə nəticələnib. Məhz bundan istifadə edən Ermənistan rəhbərliyi də manevr edərək siyasi iradə ortaya qoymur. Nəticədə proseslər dalana dirənib”.

M.Əsədullazadənin sözlərinə görə, indiki mərhələdə Azərbaycan konkret addımlar atmalı, yumşaq gücdən istifadə etməlidir: “Məhz Laçın yolunda Azərbaycanin yumşaq gücdən istifadə etməsi Rusiyaya mesajdır. ABŞ və Brüssel bu prosesdə Azərbaycanı dəstəkləyir. Və düşünürəm ki, Azərbaycan bu diplomatik hücumla istədiyinə müəyyən dərəcədə nail ola bilər. Amma proseslərin hərbi mərhələyə keçməsi də istisna deyil. Ermənistan sülh müqaviləsini imzalamır, Rusiya Qərbi günahlandırır. Halbuki sülhə ən böyük maneə elə Rusiyadır”.

Ekspert hesab edir ki, bu məsələdə Azərbaycanla Qərbin mövqeyi üst-üstə düşür: “Azərbaycan Rusiya ilə Qərb arasında nüfuz savaşıni gözləməməli, ciddi addımlar atmalıdır. Düşünürəm sülh gündəliyi Qərbdə hazırlanacaq və Ermənistan da buna imza atmağa məcbur olacaq. Paşinyanın Rusiyanın şərtlərini qəbul etməsi Qərblə əlaqələrə zərbə vurur. Prezident İlham Əliyevin bu istiqamətdə siyasəti praqmatik və obyektiv olaraq Qərblə uzlaşır. Regionda yeni güc Qərb olacaq və Azərbaycan da buna uyğun hərəkət edir”. “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam