Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İKGF prezidenti:“Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xələl gətirir”

 

“Fransa açıq-aşkar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə xələl gətirir və Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra sülhün bərqərar olması və bərpa səylərini ciddi şəkildə təhlükə altına qoyur”.

Yenixeber.org:   Bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Tahi Ayhanın Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.

İKGF prezidenti Azərbaycan hökumətinin və təşkilata üzv olan digər dövlətlərin Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirdiyini və qətiyyətlə dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, bu, bütün regionun iqtisadi inkişafı və mədəni inteqrasiyası üçün böyük imkanlar yaradacaq. Digər tərəfdən, İKGF prezidenti Fransa kimi üçüncü tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması prosesini pozmağa yönəlmiş və Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəaliyyətini ciddi şəkildə təhlükə altına qoyan “səylərindən” narahatdır.

Təşkilat rəhbəri Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnaməni bu dövlətin islamafob yanaşmasının növbəti təzahürü kimi pisləyib.

O hesab edir ki, həmin qətnamənin müddəaları Fransa Senatının tarixi həqiqətlərə qərəzli münasibətini təsdiqləyən, həqiqətdən tamamilə uzaq birtərəfli siyasi mövqeni nümayiş etdirir.

T.Ayhan Fransa parlamenti və hökumətinə bədnam qırğınlar, imperialist müstəmləkəçiliyin qəddarlığı və müsəlmanlara qarşı islamofob siyasəti ilə zəngin tarixlərinə yenidən baxmağı, ona sərhədlərindən kifayət qədər uzaq bir bölgədə sülhməramlı kimi çıxış etməməyi tövsiyə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam