Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

BLİNKEN PAŞİNYANLA SƏRT TONDA DANIŞIB –Baş nazirin ikiüzlü siyasəti Vaşinqtonda narahatlıq yaradıb

Yenixeber.org: Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken əvvəlcə Ermənistanın Baş naziri, sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb. “Armenian Past” qəzeti yazır ki, Dövlət katibi Paşinyanı konkret nəticələrə nail olmaq üçün sülh prosesinin asanlaşdırılmasında irəliləyişi davam etdirməyə çağırıb.

“Diplomatik mənbəmizə görə, Blinken Paşinyanla kifayət qədər sərt tonda danışıb, bunun da geosiyasi səbəbləri var. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Amerika tərəfi Rusiyanın münasibətləri normallaşdırmaq təklifləri ilə bağlı Ermənistanın siyasi sferasında səslənən mesajlardan ciddi narahatdır”,- məqalədə qeyd olunur.

Nəşr yazır ki, Ermənistan hakimiyyəti bundan əvvəl də dəfələrlə açıq şəkildə Rusiyanın təkliflərinin (Qarabağ məsələsinin həllinin gələcək nəsillərə ötürülməsi, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması və s.) tərəfdarı olduğunu bəyan edib.

“Buna əsasən, Amerika tərəfi “Vaşinqton variantı”ndan fərqli olaraq “Rusiya versiyası”nın sonda dominant olacağından ciddi şəkildə narahatdır”, – qəzet yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam