Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"Şimal axını"nda partlayıcı maddələrin qalıqları aşkar edilib -Video


İsveç prokurorluğu “Şimal axını”nda baş verən partlayışların təxribat olduğunu təsdiqləyib. Boru kəmərinin yaxınlığında partlayıcı qalıqlar aşkar edilib.

Yenixeber.org: İsveçdə “Şimal axını”nda baş verən partlayışların səbəbləri ilə bağlı araşdırma aparan prokuror Mats Lyunqvistin sözlərinə görə, Baltik dənizində “cinayət yerində” tapılan yad əşyaların təhlili partlayıcı maddələrin olduğunu təsdiqləyib.
"Partlayışlar nəticəsində qaz kəmərlərinə ciddi ziyan dəyməsi diqqətlə sənədləşdirilib" - Mats Lyunqvist deyib.
Sızmaların 2-sinin İsveçin, digər 2-sinin isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Avropa İttifaqı, həmçinin bəyan edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, qəsdən törədilmiş hərəkətlərin nəticəsidir.
Rusiya Prezidenti Vladimir Putin isə oktyabrın 10-u bildirib ki, Rusiyanın “Şimal axını” qaz kəmərlərində baş verən partlayışla bağlı araşdırmada iştirakına icazə verilmir.
Qeyd edək ki, “Şimal axını 1” və “Şimal axını 2”nin bir neçə xəttində qaz sızması sentyabrın sonunda baş verib. NATO hadisəni təxribat adlandırıb. Alyans insidentlə bağlı təhqiqat aparmağa çağırmış və qeyd etmişdi ki, müttəfiqlərin kritik infrastrukturuna hər hansı qəsdən hücum “vahid və qətiyyətli cavabla qarşılanacaq”.
Xatırladaq ki, Vladimir Putin hadisəni beynəlxalq terror aktı adlandırmış, Rusiya dövləti bu məsələni BMT Təhlükəsizlik Şurasında təcili müzakirəyə çıxarmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam