Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Şoyqunun reytinqi yerlə sürünür –Müharibədəki uğursuzluq naziri “bitirib”

Yenixeber.org:  Belə bir nəticəyə VCİOM təşkilatı keçirdiyi rəy sorğularından sonra gəlib.

Oktyabr ayında Şoyquya etimad göstərməyənlərin sayı 4 faiz artıb ki, nazir bununla müxalifət lideri Aleksey Navalnını qabaqlayıb. Sorğulara görə, Şoyqunu "qabaqlayan" daha iki siyasətçi Rusiya Prezidenti Vladimir Putin və Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanovdur.

Xatırladaq ki, 2020-ci ilin əvvəlində Müdafiə nazirinin anti-reytinqi cəmi 0,7% təşkil edib.

Rusiya mediası yazır ki, Şoyqunun cəmiyyətdə "hörmətdən düşməsi" bilavasitə Rusiya ordusunun cəbhədəki uğursuzluqları, eləcə də şəxsi heyət arasında ağır itkilərlə bağlı məlumatlarla bağlıdır. Bir az əvvəl məlum oldu ki, Ukraynanın Xerson vilayətində Dnepr çayının sağ sahilində olan Rusiya hərbçiləri cümə günü səhər saatlarında sol sahilə çəkiliblər. Beləliklə, Rusiya işğalın əvvəlindən ələ keçirdiyi yeganə regional mərkəzi - Xersonu tərk etdi, Ukrayna qoşunları şəhərə daxil oldu. Sentyabrın əvvəlində isə Rusiya ordusu Ukraynanın əks-hücumu qarşında tab gətirməyərək Xarkov vilayətini tərk etmək məcburiyyətində qalmışdı.

Ukraynanın işğalından əvvəl Şoyqu Rusiyanın ən məşhur nazirlərindən biri olub. 2022-ci ilin yanvarında rusların 18%-i onu ölkənin növbəti prezidenti kimi görmək istədiklərini bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam